Məktəblilər arasında yeni VİRUS  - Əlamətləri...

"Son zamanlar xüsusilə, məktəblilər arasında Skarlatina xəstəliyi çox yayılıb". 

Bunu "Sherg.az"a pediatr Günay Rəsulova azyaşlılar arasında yayılan infeksion xəstəliklərlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Skarlatina streptokok mənşəli bir infeksiyadır:


"Əlamətləri boğazda tonzillit angina "alovlu əsnək", dildə ağ, qırmızı çiyələk tiri görünüşü ilə özünüzü büruzə verir. Həmçinin bədəndə səpkilər yaranır. Əsasən də, qarın, bel, gövdə, qol, ayaq bölgəsində xırda bir-birilə birləşmiş qırmızı səpkilər olur. Ardınca qabıqlanma prosesi gedən infeksion xəstəlikdir. İlk günlər qızdırma yüksək olur. Müalicəsi də antibiotik terapiyası ilə aparılır. Skarlatinanın müalicə kursu ən azı 10 gün davam etməlidir. Xəstəlikdən sonra yenidən ağırlaşmaların olmaması üçün uşaqlar nəzarətdə saxlanılmalıdırlar. Çünki Skarlatinadan sonra kəskin revmatik qızdırma əlamətləri ilə başlayan revmatizm və böyrək iltihabı baş verə bilər. Yoluxma ancaq təmas yolu ilə keçir. Ona görə də valideynlər xəstə uşaqları kollektiv, topluma göndərməməlidirlər".

Qeyd edək ki, son günlər uşaqlar arasında Skarlatina xəstəliyi çox yayılıb. Bu da valideynlərin narahatlığına səbəb olub.