Gün yanıqlarından necə qorunmalı?  - Ən yaxşı müalicə üsulu...

Yay aylarında günəşlənərkən günəş kremindən istifadə etmədikdə dəridə yanıq əmələ gəlir. Bu da insanı çox narahat edir. Günəş yanığı təbii yolla müalicə edilə bilən xəstəlikdir. 

İnsan dərisi günəş işığına çox həssasdır. Əsasən, açıq dəri rənginə sahib insanlar günəş yanığına daha çox məruz qalırlar. Günəş yanığı ağrısı dərinin yanıq vəziyyətinə görə dəyişir. Adətən, günəş yanığı ağrısı 3-5 gün ərzində yox olur. Bəzi hallarda bu, 1 həftəyə qədər uzanması mümkündür. Tətbiq edilən təbii müalicə variantları ilə günəş yanığı daha az müddət çəkə bilər. 
Çay ilə günəş yanığını azaltmaq mümkündür. Çay günəş yanıqlarının müalicəsində ən çox istifadə edilən təbii müalicə üsullardandır. Xüsusən də, göz nahiyəsindəki yanıqlara birbaşa təsir edir. İki paket çayı soyuduqdan sonra gözünüzə çəkə bilərsiniz. Bu üsul göz ətrafındakı yanıqları müalicə edəcək.

Həmçinin Lavanda yağı da günəş yanığı üçün çox yaxşı müalicə üsuludur. Nəmləndirici xüsusiyyətinə görə, günəş yanıqlarının müalicəsində də istifadə olunur. 
Tərkibində ən çox su olan qidalardan biri də xiyardır. Xiyar həm də nəmləndirici xüsusiyyətlərə malikdir. Dərini canlandırır və tam təmizləyir.
Bitki mənşəli müalicə üsulu dedikdə ağıla ilk alma sirkəsi gəlir. Dərinin pH səviyyəsini tarazlaşdıraraq, günəş yanığı faktorlarını əhəmiyyətli dərəcədə aradan qaldırır. 
Buz terapiyası günəş yanıqları üçün də istifadə olunur. Dərhal buzla müalicəyə üstünlük verilir. 
Bundan başqa, qatıq da günəş yanıqlarının müalicəsində istifadə olunur. Həmçinin yanıq ağrılarını azaltmaq üçün köməyə çatır. Qatıq dərini bütövlükdə qidalandırır və onu tez bərpa edir.


Mənbə: CNN Türk