Saxta dərmanlar satışdadır - ÜST xəbərdarlıq edir



Ümumdünya Səhiyyə Təşkilatı əsasən qara ciyər xəstəliklərinin müalicəsində istifadə edilən “DEFİTELLO” (defibrotid-sodium) preparatının saxta partiyalarının Türkiyə və Hindistanda satışa çıxarıldığı haqda məlumat yayıb. 

Bu barədə “NTV.com.tr”  xəbər verib. Bildirilir ki, ÜST saxta dərman preparatı ilə bağlı 2 ölkəni xəbərdar edib. ÜST-nin bəyanatında qeyd edilir ki, damara yeridilən bu preparat xəstəliyin müalicəsində təsirsiz olmaqla yanaşı, ölüm təhlükəsi də yaradır. Saxta preparatlar bu ilin aprel ayında Hindistanda, iyul ayında isə Türkiyədə aşkarlanıb. Preparat bu ölkələrə qaçaq yolla gətirilib. 

Bu preparat kök-hüceyrə transplantasiyası, VOD xəstəliyinin (qara ciyərdə damarların tutulması və orqanın fəaliyyətinin pozulması) müalicəsində istifadə edilir. İstehsalçı tərəfindən saxta preparatın necə müəyyənləşdiriləcəyi açıqlanıb. İstehsalçı bildirib ki, orijinal preparat üzərində 20G20A kodu olub Almaniya-Avstraliyada paketlənmiş olanlardır, saxtalarsa İngiltərə-İrlandiya paketlərinindəkilərdir. Bu preparatlarda son istifadə tarixi də təhfir edilib. Dərman preparatının Türkiyə və Hindistanda satışına icazə verilməyib. ÜST həmçinin bildirib ki, saxta preparat 2020-ci ildə Argentina, Avstraliya, Litva, Malayziya və Səudiyyə Ərəbistanında da