Halsız pişik öz ayaqları ilə xəstəxanaya gəldi, əməliyyat olundu


Pişiyin Bursa Uludağ Universiteti Veterinar Fakültəsi Heyvan Xəstəxanasına gəlməsi xəstəxana personalının heyrətinə səbəb olub. 

“Sherg.az” DNA-ya istinadən xəbər verir ki, pişiyin halsız olması xəstəxana persnalının gözündən yayınmayıb. Baytar həkimlər pişiyi rentgen aparatı ilə müayinə edib. Məlum olub ki, pişiyin diyafraqması yırtılıb. Pişik təcili əməliyyata alınıb. Baytar həkim Elif Ünlü DHA müxbirinə açıqlamasında qeyd edib ki,diyafraqma yırtığı səbəbindən qarın boşluğundakı orqanların bir çoxu yerini dəyişərək köks boşluğuna toplanıbmış. Bəlkə də kimsə pişiyi təpiklə vurub, ya da yüksək bir yerdən yıxılıb deyə yırtıq əmələ gəlib. Bunun əlacı əməliyyat idi və o da edildi. Pişik əməliyyat edilməsəydi, öləcəkdi. “9-10 aylıq pişikdi. Onu qucağıma aldığımda ağır nəfəs alırdı, qarın nahiyəsində problem olduğunu hiss etdim. Sanki, buranın heyvanlar üçün klinika olduğunu bilib və “məni əməliyyat edin” deyə bizə gəlib. Təcili rentgen aparatına saldıq, problem hardadır, öyrəndik. Sonrasında əməliyyat etdik. Hazırda pişiyin səhhəti yaxşıdır”, söyləyən həkim tələbələrin pişiyə  "ƏliCabbar” adı qoyduqlarını, hamının ona qayğı göstərdiyini deyib.