İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə qeysəriyyə əməliyyatı olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hadisə ilə bağlı "Sherg.az"a danışan professor Adil Qeybulla bildirib ki, keyser kəsiyi ilə obdominal doğuşun həyata keçirilməsi bir üsuldur:
Yəni, doğuş əməliyyat vasitəsi ilə həyata keçirilir. Bu məsələdə ölüm faktı dəqiqləşdirilməlidir. Qanaxma, narkoz və xəstənin əlavə xəstəliyi səbəbindən ölüm hadisəsi baş verə bilər. İstər təbii, istərsə də, suni doğuş stiuasiyadan asılı olaraq qərar verilir. Əgər dar çanaq varsa, xəstə uşağı dünyaya gətirə bilmirsə,keysəriyyə üsulu məsləhət görülür. Əgər problem yoxdursa, yaxşı olardı ki, xəstə təbii yolla doğuş həyata keçirtsin".