Rəfiqələrdən biri sığınacağa yerləşdirildi: Qızları tora salan...
Yusif Nəzərli
09:58 25.03.2025
Cəmiyyət
390
Ötən günlərdə Bakıda itkin düşən üç rəfiqədən biri hazırda bizim sığınacaqdadır. O aqressivdir, boyun hissəsində zədələr var. Bunu oğlanın etdiyini deyir. Təbii ki, bununla bağlı araşdırma davam edir. Hazırda Bakıda qızları cəlb edən gənclər var ki, bilərəkdən onları torlarına salırlar.
Sherg.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, belə yeniyetmələr reabilitasiyaya çox çətinliklə cəlb olunurlar:
"Hər zaman qaçmaq ehtimalları var. Düşünürlər ki, onlar ən düzgün addımı atırlar. Qız hələki yeni gəlib. Amma bir neçə gündən sonra bura adaptasiya olacaq və reabilitasiyaya uyğunlaşacaq. Həmin qız valideynin istəyi ilə polis tərəfindən sığınacağa yerləşdirilib. Qızın özü də etiraz etmədi. Bu cür uşaqlar telefon istifadəsindən asılı olduqları üçün qadağalar onları aqressivləşdirir. Amma zamanla düzəlirlər, reabilitasiya başlayandan sonra başları qarışır və telefonu da unudurlar".
K.Ağazadə bildirib ki, yeniyetməni sorğu-suala çəkmək çox tezdir:
"Niyə bu addımı atması ilə bağlı ondan heç nə soruşmamışıq. Bunu soruşmaq çox tezdir. O, öncə mühitə uyğunlaşmalıdır. Buradakı yaşıdları ilə ünsiyyət qurmalıdır. Ondan sonra psixoloq, sosial işçilər öz işlərini görəcəklər”.
K.Ağazadə itkin düşən yeniyetmələrdən birinin valideynin daha öncə sığınacağa müraciət etdiyini qeyd edib:
“Qızlardan biri 2023-cü ildə polis tərəfindən ananın iştirakı ilə bizə gətirilmişdi. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq burda qalmağı qətiyyən qəbul etmirdi. Valideynlə danışıb, razılaşdırdıq ki, ən azından axşam evə getsin. Gün ərzində uşaqlarla reabilitasiyaya cəlb olunsun, proqramlara qatılsın, tədbirlərə gəlsin. Razılıq verdilər. Biz onu ərizə əsasında qəbul etdik. Sosial Xidmətlər Agentliyinin alt sisteminə də yönləndirdik. Çünki çətin tərbiyə olunan və həssas uşaq qrupundan idi. Valideynlə əlaqə saxlayırdıq, o da bizə “Sabah gətirəcəm”, “Bu gün gətirəcəm” dedi, amma sonda bildirdi ki, qızı gəlmək istəmir. Bir sözlə, o qız sığınacağa gəlmədi. Sözsüz ki, bu məqamda valideynin də məsuliyyət məsələsi gözə alınmalıdır. Valideyn söz verib ki, gətirəcəyəm, gətirməyib. Dediyim kimi, bizdə qeydiyyatda olub, bir gün də qalmışdı".
Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya