Çin hökuməti ABŞ-yə səyahət və təhsil barədə vətəndaşlarına xəbərdarlıq edib
Yusif Nəzərli
16:19 09.04.2025
Dünya
378
Çinin Mədəniyyət və Turizm Nazirliyi ABŞ-yə səfər etməyi planlaşdıran turistlərə səyahət riskləri barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, nazirlik çinli turistlərə ABŞ-da səyahət zamanı diqqətli olmağı tövsiyə edib.
Çinin Təhsil Nazirliyi isə ABŞ-nin Ohayo ştatında Çin üçün əlverişsiz hesab edilən müddəaları özündə cəmləşdirən, Çin-ABŞ təhsil müəssisələri arasında akademik mübadilələrə məhdudiyyətlər qoyan ali təhsil haqqında qanunun qəbulundan sonra bu ölkədə təhsil haqqında xəbərdarlıq edib. Qurumun bəyanatında ABŞ-nin bəzi ştatlarında təhsil almağı planlaşdıran çinli tələbələrə təhlükəsizlik risklərini hərtərəfli qiymətləndirmək və ayıq olmaq tövsiyə edilib.
Qeyd edək ki, hər iki qurumun xəbərdarlığı son zamanlar iki ölkənin iqtisadi və ticarət əlaqələrinin pisləşməsi, habelə texnologiya və akademik əməkdaşlıq sahələrində artan gərginlik fonunda verilib. Çin tərəfi hesab edir ki, son illərdə ABŞ-də çinli tələbələr və alimlər artan nəzarətə məruz qalırlar. Çin vətəndaşları Birləşmiş Ştatlarda təhlükəsizlik siyasətinin və elmi tədqiqatların sərtləşdirilməsi ilə əlaqədar ayrı-seçkilik və ədalətsiz rəftarla üzləşirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm