ABŞ-də ilk dəfə göründü: Ət yeyən parazit insan bədəninə sızdı
09:02 25.08.2025
Sağlamlıq
454
ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi (HHS), Merilend ştatında yaşayan bir şəxsdə “ət yeyən parazit” (New World screwworm) aşkarlandığını açıqlayıb.
Sherg.az xəbər verir ki, məlumata görə, həmin xəstə qısa müddət əvvəl El Salvadordan ABŞ-yə qayıdıb.
HHS sözçüsü Endryu Nikson bunun ABŞ-də “epidemiya bölgəsindən qaynaqlanan ilk insan halı” olduğunu vurğulayaraq, “Bu hadisədən doğan ictimai sağlamlıq riski çox aşağıdır” deyib.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) bildirib ki, bu qurdun sürfələri canlı toxumalara daxil olaraq sürətlə yayılır və çox vaxt ölümcül nəticələrə səbəb olur.
USDA açıqlamasında qeyd edilib: “Bu sürfələr heyvanların ətinə daxil olaraq ciddi zədələnmələrə yol açır və nadir hallarda insanlara da təsir göstərə bilər.”
Mütəxəssislər xəstəliyin “miyazis” adlanan və milçək sürfələrinin insan toxumasında inkişaf etməsi ilə ortaya çıxan bir infeksiya olduğunu bildirirlər.
“Ət yeyən parazit” əsasən Cənubi Amerika və Karib adalarında yayılıb.
Lakin son aylarda Meksikadakı mal-qara sürülərində və bəzi fermerlərdə aşkar edilən hallar ABŞ-də narahatlıq yaradıb. Bu səbəbdən ölkəyə girişlərdə yoxlamalar gücləndirilib.
Merilenddə aşkar edilən son hadisə isə 4 avqustda “telediaqnostika” adlı üsulla təsdiqlənib. Bu prosesdə xəstədən götürülmüş sürfə görüntüləri mütəxəssislər tərəfindən araşdırılıb. Lakin xəstənin sağlamlıq durumu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət