
Ağa Salamov: Təmiz kərə yağının özünə xas və mövsümə uyğun rəngləri olur
12:07 10.02.2025
Sağlamlıq
531
Təmiz kərər yağında rəng bir tonda olmalı, tavada, əriyərkən köpüklənməli və yaxud aşağı temperaturda olan tavaya atılarkən öz südünü buraxmalıdır
Kərə yağında bitki mənşəli yağları görsəniz, belə bir məhsul almaqdan çəkinmək daha yaxşıdır. Bu komponentin kərə yağı istehsalında istifadəsinə icazə verilmir.
Qida ekspertlərinin fikrincə, aşağı keyfiyyətli məhsulu tanıya biləcəyiniz başqa əlamətlər də var. Yağdan gələn pis qoxu, qəribə dad sizi xəbərdar etməlidir. Bu cür xüsusiyyətlər bilavasitə onu göstərir ki, saxlama zamanı yağ oksidləşərək xarab olur və onun tərkibində yağ turşularının parçalanma məhsulları var.
Bundan əlavə, səthdə daha tünd təbəqə olmadığından əmin olun. Tünd təbəqə yağın yemək üçün təhlükəsiz olmadığını göstərir. Tava ilə bir sınaq keyfiyyətsiz məhsulu müəyyən etməyə kömək edə bilər. İsti səthlə təmasda olduqda köpük, fısıltı və ya sıçrama müşahidə etməməlisiniz.
Nəhayət, vaxtı keçmiş malların başqa bir əlaməti qeyri-bərabər rəngləmədir.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov "Sherg.az"a açıqlamasında qeyd edib ki, kərə yağı və yaxud ağartı məhsulları hazırlanan heyvanların vaksinasiyası vaxtında yoxlanmalı və nəzarət olunmalıdır:

“Çünki heyvanların südünə brusella bakteriyası keçir və bu da bruselyoz xəstəliyinə gətirib çıxardır. Ona görə də ilk növbədə heyvanların baytar və ciddi nəzarət altında olması vacibdir. Həmçinin südün düzgün emal olunması da önəmlidir ki, qida zəncirinin sonunda istehlakçıya hər hansısa bir xəstəlik çıxartmasın. Digər tərəfdən təmiz kərə yağının özünə xas və mövsümə uyğun rəngləri var. Yaz və yay aylarında otladığı otlara görə heyvanın südünün rəngi dəyişə bilir. Yəni heyvanın südünün rəngindən asılı olaraq kərə yağı sarımtıl ola bilər. Amma qış aylarında yemlərdən daha çox istifadə edilir, örüşə gedilmir. Südün rəngi, açıq olduğuna görə kərə yağınında rəngi təbii ki, açıq olur. Bu mənada qış aylarında satılan kərə yağlarının rəngi elə də çox tünd olmamasına diqqət edilməlidir. Yəni kərə yağı bir az açığa çalmalıdır. Əgər sarı, ağ, qarışıq rəng tonları hiss olunarsa, kərə yağının saxtalığından şübhələnməyə dəyər. Ümumiyyətlə təmiz kərə yağında rəng bir tonda olmalı, tavada, əriyərkən köpüklənməli və yaxud aşağı temperaturda olan tavaya atılarkən öz südünü buraxmalıdır. Eyni zamanda kərə yağının özünə xas spesifik bir qoxusu var və tavada əridərkən qoxunu hiss etmək olar. Kərə yağının dadına baxarkən kərə yağı dadını və qoxusunu alırıqsa, o zaman kərə yağı saf və təmiz hesab oluna bilər. Kərə yağı alarkən qiymətinə də diqqət olunmalıdır. Yəni 12 -13 manata kərə yağı olmur. Çünki südün qiyməti ilə üst-üstə düşmür. Sahibkarlar rəqabət aparmaq üçün müəyyən qədər yəni 1 manat və 80 qəpik arasında endirimlər qoya bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 7 baldan yuxarı zəlzələ olacaq - Akbayram
22:29 11.04.2026
Region
KİV: ABŞ İran danışıqlarında həddindən artıq tələblər irəli sürür
22:16 11.04.2026
Gündəm
Nyu-York metrosunda sərnişinlərə hücum edilib
22:00 11.04.2026
Hadisə
DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
21:35 11.04.2026
Hadisə
Boğazında yemək qalan şagird "Heimlich" manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə