Araşdırma: Oxumaq və ya alətdə ifa etmək yaddaşı yaxşılaşdırır
11:04 29.01.2024
Sağlamlıq
680
İngiltərədə aparılan bir araşdırma göstərib ki, musiqi ilə məşğul olmaq yaddaşı kəskin saxlayaraq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək edir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Exeter Universitetinin alimləri musiqi ilə məşğul olan və olmayan insanların beyinlərinin necə yaşlandığını araşdırıblar. Araşdırmada 40-68 yaş arası 1100-dən çox insan üzərində alət çalmağın, mahnı oxumağın, not oxumağın, musiqi dinləmənin və musiqi istedadının insan beyninə təsiri araşdırılıb.
Tədqiqatçılar həyatlarında musiqi ilə məşğul olan və heç vaxt musiqi ilə maraqlanmayan insanların idrak məlumatlarını müqayisə ediblər. Nəticələr göstərdi ki, piano və ya orqan çalan insanlar musiqi ilə məşğul olmaqdan daha çox faydalanırlar, lakin sadəcə musiqi dinləmək idrak sağlamlığına eyni təsir göstərmir.
Araşdırma, musiqi ilə məşğul olmağın yaddaşı güclü tutaraq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək etdiyini və müntəzəm olaraq not oxuyan insanların daha yaxşı rəqəmsal yaddaşa sahib olduğunu ortaya qoyub.
Araşdırmanın aparıcı müəllifi Prof. Anne Corbett BBC-yə verdiyi açıqlamada bu araşdırma üçün çox həssas testlər tətbiq etdiklərini, insanların müxtəlif beyin funksiyalarının araşdırıldığını və musiqinin buna təsirinin öyrənildiyini bildirib.
Xüsusilə alətlərdə çalmağın beyinə böyük təsirləri olduğunu vurğulayan Korbet bunları deyib: "Araşdırma insanların demans riskinin necə aktiv şəkildə azala biləcəyini və musiqinin bunu azaltmada rol oynadığını göstərir".
İngiltərədəki "Dementia UK" adlı təşkilat da araşdırmanın nəticələrinin demans xəstələrinə müsbət təsir göstərdiyini və bu xəstələrin musiqidən ünsiyyət vasitəsi kimi istifadə etdiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya