Avokado yemək sizi bu bəlalardan xilas edəcək
20:38 22.05.2022
Sağlamlıq
551
Avokadonun sağlamlıq üçün xeyirli tərəflərini saymaqla bitmir. Həm pəhriz saxlayanlar, həm də gözəlliyini qorumağa çalışanlar ondan istifadə edir.
Axşam.az sizə bu tropik meyvənin yararlarından danışacaq. Tərkibində 20-yə yaxın vitamin və mineral var. Mis, dəmir, maqnezium və fosforla yanaşı A, B, C, E və K vitamini ilə də zəngindir.
Hər bir meyvə kimi avokadonun da tərkibində karbohidrat var, lakin bu meyvə ən sağlam meyvələr sırasındadır. Avokado E vitamini deposudur və protein baxımından zəngindir. Bu 2 elementin sayəsində bir çox xəstəliklərə qarşı güclü vasitədir.
Avokado artıq çəki, ürək-damar sisteminin zəifliyi, sağlam olmayan dəri və saç, həzm prosesinin narahatlığı kimi bir sıra xəstəliklərin əleyhinə istifadə oluna bilər.
Çəkiyə nəzarət
Avokado zəngin tərkibi sayəsində həm ləziz, həm də sağlam qidadır. Həzm prosesini yaxşılaşdırır və toxluq hissi yaradır. Bu baxımdan pəhrizdə olan xanımlara avokado məsləhət görülür.
Ürəyin dərmanıdır
Avokadonun tərkibində olan bir sıra minerallar ürək-damar sisteminə müsbət təsir göstərir. Həmçinin bir avokado gündəlik fol turşusu ehtiyacınızın 23%-ni qarşılayır.
Gözlər üçün əvəzedilməzdir
Sağlam gözlər üçün əslində çox böyük müalicələrə və ya əməliyyata ehtiyac yoxdur. Avokado güclü antioksidant tərkibi ilə yaranan travmaları və yaşla əlaqəli meydana gələn zəifləmələri aradan qaldırmağa yardımçıdır.
Xərçənglə mübarizə aparır
Avokadonun xərçəngin qarşısını aldığı elmi bir həqiqətdir. Həmçinin xərçəng xəstəliyi ilə mübarizədə kimyəvi müalicənin əks təsirlərini də azaltdığı təsdiq olunub. Araşdırmalar göstərir ki, avokadonun özündə olan bir maddə prostat xərçəngi hüceyrəsinin böyüməsinin qarşısını alır.
Uşaqlar üçün çox faydalıdır
Avokadonun tərkibindəki fol turşusu uşaqlar üçün də çox faydalıdır. Xüsusilə, proteinlər uşaqların sağlamlığına xeyirdir. Həmçinin, Maqnezium, B1, B2 vitaminləri baxımından zəngin olması uşağın fiziki və zehni inkişafına da təkan verir.
Depressiya ilə mübarizə aparır
Əgər depressiyadasınızsa, bir avokado sizin əhvalınızı yüksəldəcək. Homosisteyinin yaratdığı halsızlıq, iştahasızlıq və yuxusuzluq avokado vasitəsilə aradan qaldırıla bilər.
Həzmə kömək edir
Təbii liflərdən ibarət olan avokado qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır.
Xolesterinin qarşısını alır
Tərkibindəki sağlam yağlar xolesterin riskini azaldır.
Təzyiqi normallaşdırır
Əgər yüksək təzyiqdən əziyyət çəkirsinizsə, sizə avokadonu məsləhət görürük. Tərkibindəki maqnezium və potasyum qan təzyiqinizi normada saxlayacaq.
Təmiz dəri üçün
Avokadonun tərkibindəki A, C və E vitaminləri dəriyə çox xeyirdir. Lakin bunun üçün avokadonu yemək deyil, əzərək dəriyə tətbiq etmək lazımdır. Avokado dərinizi yumşaltmaqla yanaşı, yaranan ləkələri aradan qaldıracaq və günəşin zərərli təsirlərindən qoruyacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda dağıdıcı zəlzələ qorxusu əsassızdır - Seysmoloq
20:22 13.06.2026
Hadisə
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
19:52 13.06.2026
Futbol
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
19:31 13.06.2026
Gündəm
Elon Mask tarixdə ilk dollar trilyoneri oldu
18:53 13.06.2026
Maraqlı
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
18:35 13.06.2026
Dünya
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
18:15 13.06.2026
Gündəm
Sülh görünür, amma müharibə ehtimalı bitməyib - ŞƏRH
17:50 13.06.2026
Gündəm
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm