Azərbaycanda ana ölümlərinə səbəb bunlardır -Ginekoloq
13:53 31.10.2024
Sağlamlıq
522
Oktyabrın 27-si səhər saatlarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınıb.
Rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova 26 oktyabr tarixində uşaq dünyaya gətirmək üçün doğum evinə gətirilib.
Zəhra Zamanova reanimasiya şöbəsinə yerləşdirilib, lakin uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb.
Z.Zamanovanın qayınanası Tacirə Zamanovanın sözlərinə görə, həkim ananın sağlamlığında heç bir problem olmadığını deyib:
“Saat 9-da nəvəm dünyaya gəldi. Həkim 10:30-da dedi ki, hər şey normaldır, xəstəni masada qoyub çıxıb getdi. Biz evə gedəndən sonra gəlinə zəng vurduq, amma zəng çatmadı. Gəlib gördük ki, qanaxması olduğu üçün bizdən xəbərsiz Zəhranı götürüblər əməliyyata. Bundan əvvəl iki uşaq dünyaya gətirib. Gültac həkim mənim evimi yıxdı, gəlnimin üç balasını yetim qoydu. Gəlib demədi ki, onun qanaxması var”.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, doğuşdan sonra vəziyyəti ağır olan ana reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatı ilə ağciyərlərin ventilyasiyası davam etdirilib. Daha sonra xəstənin ikinci əməliyyatı baş tutub. Ölümün səbəbini patalojik-anatomik yarma nəticəsində müəyyən etmək olacaq.Doğuş zamanı ana və uşaq ölümlərinin sayı günbəgün artır. Maraqlıdır, bu, Azərbaycan səhiyyəsinin problemidir, yoxsa günah kimdədir?
Məsələyə münasibət bildirən ginekoloq Təranə Həsənova “Sherg.az”a deyib ki, bütün dünyada ana ölümünə səbəb olacaq amillərdən birincisi, qanaxmalardır:
"Siyahıda daha sonra hipertenziv vəziyyət və mamalıq xəstəlikləri gəlir. Çox ehtimal, Azərbaycanda da ana ölümlərinə səbəb bunlardır. Tək Azərbaycanda deyil, bütün dünyada ana və uşaq ölümlərinin sayı artıb. Demək ki, bu tək Azərbaycanın yox, dünyanın qlobal problemlərindən biridir. Sizinlə yaşadığım bir təcrübəni paylaşım. Bundan 10 gün öncə, Şuşada olan ilk doğuşu icra etdim. Qadına "Hamiləlik vaxtında uçotda dayanmısanmı?" sualı verdikdə "yox"-deyə, cavablandırdı. Bildirdi ki, hər şey yaxşı olduğu üçün uçotda dayanmağa ehtiyac yox idi. Maraqlıdır, qadın hamiləliyin yaxşı olduğunu hardan bilir? Nəticədə hər kəs doğuşun parlaq tərəfini gördü. Amma həmin əməliyyatda nələr baş verdiyini tək mən bilirəm. Beləki həmin qadının çox yüksək arterial təzyiqi var idi. Bildiyiniz kimi, Şuşa xəstəxanası istifadə verilmədiyi üçün doğuş modul tipli xəstəxanada reallaşdı. Həmin arterial təzyiq doğuş və sonrakı mərhələdə çox problemlər yaratdı. Çünki o, cifti qoparda, uşağı və ananı öldürə bilər. Doğuş zamanı qanaxma riski isə həddindən artıq çoxdur. Hadisədən göründüyü kimi, hamilə qadınların böyük qismi uçotda durmağı lazımlı hesab etmirlər. Lakin uçot daimi həkim nəzarəti deməkdir. Onlar gərəkli anda hansısa analiz verib 1-2 dəfə ultrasəs müayinəsinə gedirlər. Hesab edirlər ki, bu qədər kifayətdir. Fikrimcə, insanların hamiləlik müddətinə etinadsız yanaşması ən böyük nöqsanlardan biridir. Nəzərə almaq lazımdır ki, sağlamlığımız bizdən öncəki nəsilin sağlamlığı ilə müqayisə olunmayacaq dərəcədə zəifləyib. Ona görə də hamilə qadın həmin müddətdə ciddi şəkildə müayinələrdən keçməlidir. Yaxşı olardı ki, həkimlər sadaladığımız amilləri nəzərə alaraq professionallıq səviyyələrini daha da yüksəltsinlər. Həmçinin, həkimlər doğuş zamanı həssas və diqqətli olmalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiya alanların nəzərinə!
14:10 09.12.2025
Sosial
Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ
14:02 09.12.2025
Mədəniyyət
Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
13:37 09.12.2025
Rəsmi
Böyük Britaniyanın ticarət elçisi Azərbaycana səfər edəcək
13:30 09.12.2025
Siyasət
Salah: Sanki klub məni avtobusun altına atıb
13:26 09.12.2025
Futbol
Nikol Paşinyan Almaniyada səfərdədir
13:23 09.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:10 09.12.2025
Ekologiya
KTMT-dən MDB ilə bağlı qərar
12:57 09.12.2025
Dünya
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
12:50 09.12.2025
Ekologiya
Suriyada hərbi fəallıq: Türk ordusu hərəkətə keçdi
12:43 09.12.2025
Dünya
Televiziya rəhbərlərinə seminarlar keçirilməlidir -TƏKLİF
12:30 09.12.2025
Media
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
12:18 09.12.2025
Cəmiyyət
Əli Əsədov: Hərbi parad şanlı qələbənin təntənəsinə çevrildi
12:04 09.12.2025
Hərbi
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır
11:59 09.12.2025
Media
Ehtiyac meyarı artır
11:43 09.12.2025
İqtisadiyyat
Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
11:37 09.12.2025
İqtisadiyyat