Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb
11:07 15.11.2023
Sağlamlıq
396
"Hazırda ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 300 mini keçib".
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.
O, Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin sayının artdığını və vəziyyətin acınacaqlı olduğunu da bildirib.
Endokrinoloq şəkərli diabetin bütün dünyada geniş yayılmış xəstəlik olduğunu, qeyri-infeksion epidemiya sayıldığını vurğulayıb: “Evdə şəkər ölçən cihazla diaqnoz qoymaq olmaz. Qanda şəkərin səviyyəsini yüksək olduğunu görəndə panikaya düşmək lazım deyil. Sadəcə həkimə vaxtında müraciət etmək və lazımi analizlər vermək vacibdir”.
O.Hüseynov əlavə edib ki, qanda şəkərin səviyyəsini normada saxlamaq lazımdır: “Mütəmadi yüksələn səviyyə isə digər orqanları sıradan çıxarır. Müalicə 3 hissədən – pəhriz, düzdün dərman təyinatı və fiziki hərəkətlərdən ibarətdir. Bütün bunlara ciddi riayət etmək lazımdır. Xəstəliyin müalicəsinin 90 %-i pasiyentdən, 10 % isə həkimdən asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya