Bədəndəki yağları əridən qidalar - Yuxudan ayılan kimi için!
Yusif Sultanoğlu
06:47 22.11.2023
Sağlamlıq
511
Artıq çəkini problem hesab edənlər, arıqlamağı qarşılarına məqsəd qoyanlara mütəxəssislər zərərsiz məhsullar təklif edir. Müxtəlif arıqlama vasitələrinin bol olduğu bir zamanda faydalısını, orqanizmə zərər verməyənini tapmaq asan məsələ deyil. Türkiyəli dietoloqlar satışdakı gər cür arıqlama vasitəsi çaylardan uzaq durmağı məsləhət görür, arıqlamaq, artıq çəkidən xilas olmaq üçün sağlam qidaları təqdim edir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, arıqlamaq mərhələsində insanın daim əlinin altında saxlamalı olduğu ərzaqlar, məhsullar bunlardır:
Alma sirkəsi: alma sirkəsinin tərkibində asit turşusu olduğundan maddələr mübadiləsini sürətləndirir. Bunun sayəsində bədəndə toplanmış yağlar da sürətlə əriməyə başlayır; yağların “yanması” prosesi gedir. İnsulini tənzimləyən alma sirkəsi yeməkdən sonra içildikdə qanda şəkərin yüksəlməsinin də qarşısını alır. Alma sirkəsinin tərkibində bağırsaqların fəaliyyətini gücləndirən probiotik bakteriyalar vardır. Faydalı bakteriayalar bağırsaqların yaxşı işləməsini təmin edir, bədənin çəkisinə nəzarət etməyə yardımçı olur. Alma sirkəsi toxluq hissi verir, bunun sayəsində yeməyə meyl azalır. Bu da arıqlamaq istəyənlər üçün əsas şərtdir.
Tərəvəz suyu da orqanizmi vitaminlərlə təmin edir. Kalori həcminin aşılmasının qarşısını alır. Orqanizm həm vitaminlər alır, həm də köklüyün qarşısını alır. Tərəvəzlər lifli məhsullar olduğundan həzm prosesini yavaşladır, bu da insana toxluq hissi verir, gec acmasını təmin edir. Bunlar arıqlamaq prosesində önəmlidir. Bəzən susuzluğu aclıq hissi ilə qarışdırırlar. Susuzluq hiss edən adam yeməyə meyl edir. Tərəvəzlərsə susuzluğu aradan qaldırdıqları üçün yemək qəbul etmək hissi də yaranmır. Tərəvəz və tərəvəz suyu antioksidanlarla zəngindir. Arıqlamaq, artıq çəkidən xilas olmaq istəyənlər həm tərəvəz, həm də tərəvəz suyu ilə qidalansalar, yaxşıdır. Zəncəfil çayı da yeməklərə ləzzət qatmaqla yanaşı, həm də mədə və bağırsaq sağlamlığı üçün faydalıdır. Zəncəfil çayı bir çox xəstəliklərin qarşısını ala biləcək tərkibə malikdir. Arıqlamaq mərhələsində də zəncəfil çayı böyük əhəmiyyət daşıyır. Çünki zəncəfil çayı da, (istər toz, üyüdülümüş halda, istərsə də doğranmış, dilimlənmiş halda) insana toxluq hissi verir, qidalanma müddətini təxirə salır. Kalorilərin orqanizmdən xaric edilməsində də zəncəfil çayı çox faydalıdır. Kök bədənə malik insanlar arıqlamaq istəyirlərsə, hər səhər ilıq suda 2 qram zəncəfili əritsinlər və suyunu içsinlər. Yaşıl çay da artıq çəkidən xilas olmaqda yardımçıdır. Arıqlamaq istəyənlər qida rasionuna yaşıl çay əlavə edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya