
Bir saatdan çox qulaqcıqdan istifadə etmək zərərlidir- Professordan XƏBƏRDARLIQ
09:30 30.10.2024
Sağlamlıq
660
Son zamanlar hər kəsin bağımlısı olan qulaqcıqlar artıq insan həyatının bir parçasına çevrilib. İnsanlar yatanda qalxanda, gəzəndə belə qulaqcıqlardan daim istifadə edirlər. Qulaqcıqlar artıq dəbli aksessuara çevrilib, müasirliyin rəmzi sayılır.
Bəs qulaqcıqların qulaq sağlamlığımıza hansı mənfi təsirləri var?
Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, müəyyən desibeldən yuxarı səslər qulaq üçün ziyanlıdır:

“Bu hətta qulaq pərdəsinin deşilməsinə və daxili qulağın zədələnməsinə qədər gətirib çıxarır. Lakin qulaqcıqlar qulağın aşağı hissəsinə yaxın məsafədən eşitmək üçün icad edilmiş texnologiyadır. Onlar icad edilən ilk vaxtlarda belə təlimatında yazılıb ki, 45 dəqiqə, 1 saatdan çox qulaqcıqdan istifadə etmək zərərlidir. Təəssüflər olsun ki, gənclər yol gedəndə, yatanda, saatlarla qulaqcıqlardan istifadə edirlər. Bu isə qulaqlara həddən artıq zərərdir. Ümumiyyətlə qulaqcıqdan uzunmüddət istifadə edən şəxslərin qulağında, başında küy əmələ gələ, vaxtından əvvəl skleroz inkişaf edə bilər. Ona görə də təlimatlara əməl edilməlidir. Çünki qulaqcıqdan həddindən artıq istifadə qulağın təbii funksiyasını pozur. Həmçinin uzunmüddət qapalı şəraitdə, qulaqcıq altında dinlənilən musiqi və ya səs qulağın xarici təsirlərə həssaslığını dəyişir. Bu isə bir müddət sonra fəsadlarını göstərir. Ona görə də gənclər deyilən təlimatları nəzərə almalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm