Doktor: Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur
08:38 01.02.2024
Sağlamlıq
622
Uzun illərdir ki, bu virus mövcuddur, tam öyrənilib və hətta ona qarşı vaksin var
Yoluxma bəzi gigiyena qaydalarının pozulması nəticəsində yaranır
Azərbaycanda Hepatit A virusuna yoluxma ilə bağlı narahatlıq artıb. Ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları ilə bağlı məlumatlar yayılır. Həkimlər deyir ki, hepatit A virusunun əsas mənbələri çirkli su, çirkli qidalar və yoluxmuş insanlarla təmasdır.
Səhiyyə Nazirliyinin məlumatında isə qeyd edilib ki, 2024-cü ilin yanvar ayında Bakı şəhərinin Suraxanı rayonu üzrə hepatit A diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub. Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib. Müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar, Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb.
Hazırda epidemioloji vəziyyətin nəzarət altında olduğu və yoluxma hallarının sayında azalma müşahidə olunduğu qeyd edilir.
Hepatit A xəstəliyinin mənbəyinin insan olduğu vurğulansa da, mütəxəssislər qeyd edir ki, burada insanın istifadə etdiyi su, qida və əşyalar da mühüm rol oynayır. Virus özünü suda çox yaxşı qoruyur. Bu xəstəlikdən qorunmağın yolu şəxsi gigiyena qaydalarına əməl etməkdir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov isə "Sherg.az"a deyib ki, hepatit B və C-dən fərqli olaraq, hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur:
“Hepatit A (infeksion sarılıq və ya Botkin xəstəliyi) qaraciyərin virus xəstəliyidir. O, qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, qaraciyərdə xəsarət yaratmayan xəstəlikdir. Hepatit B və C-dən fərqli olaraq, hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur. Uzun illərdir ki, bu virus mövcuddur, tam öyrənilib və hətta ona qarşı vaksin var. Yoluxma bəzi gigiyena qaydalarının pozulması nəticəsində yaranır və yayılmasına səbəb olur. Hepatit A virusunun əsasən fekal-oral yolu ilə ötürülür. Bu zaman şəxs öz fekaliya (nəcis ifrazatı) və çirklənmiş əli ilə infeksiyanı ətrafa yayır. Beləliklə, xəstə şəxslə əl kontaktı və ya yoluxan şəxs ətrafda olan ağıza düşə biləcək nəyə toxunubsa (qida, su), digərlərini asanlıqla yoluxdura bilər. Meyvə və tərəvəzlər yuyulmadığı təqdirdə virusa yoluxma ehtimalı xüsusilə yüksəkdir. Çünki virus soyuğa, istiyə, hətta mədənin qatı turş mühitinə davamlıdır. Lakin suyu qaynamaqla onu tamamilə məhv etmək olar.
Hepatit A virusu orqanizmə həzm sistemi vasitəsilə daxil ola bilər. Qan və ya cinsi yoluxma da mümkündür. Lakin bu hallar daha az rast gəlinir və kütləvi yoluxmalara səbəb olmur”.
Hepatit A virusunun simptomlarına gəldikdə isə qastroenteroloq deyib ki, virusa yoluxan insanda gizli period olur və inkubasiya müddəti adlanır:
“Bu dövr ortalama 2-4 həftə davam edir. Xəstəlik insanda halsızlıq, tez yorulma, əzələlərdə ağrı, iştahsızlıq, qusma, mədə ağrısı, ishal əlamətləri ilə özünü göstərir. Bu dövr ən çox yoluxdurucu olduğu dönəmdir. Daha sonra sarılıq dəridə qaşınma əlamətləri ilə üzə çıxır və xəstənin daha öncəki əlamətlərində rahatlama müşahidə edilir. Diaqnoz qoymaq üçün hepatit A virusunun İgM dediyimiz markeri və qaraciyər testlərinin laborator analizlərinə baxılır, xəstəliyin gedişi bununla izlənilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya