
Dünyaca məşhur “Əsl heyvanların anatomiyası” sərgisi ilk dəfə Türkiyədədir
09:18 14.11.2023
Sağlamlıq
623
Dünyanın ən məşhur sərgilərindən biri olan "Body Worlds: Animal Inside Out" dekabr ayı boyunca İstanbulda həvəskarları qəbul edəcək.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Alman Anatomist Günter fon Hagensin plastinasiya texnikası ilə xarab olmayan hala gətirdiyi 100-dən çox heyvan bədəni və bədən hissələrinin yer aldığı "Əsl Heyvanların Anatomiyası Sərgisi" dekabrın 1-də Ataşehirdəki bir ticarət mərkəzində ziyarətçilərin ixtiyarına veriləcək.
Dekabr ayı ərzində açıq olacaq sərginin elmi və tibbi məsləhətçiliyini İstanbul Cerrahpaşa Universiteti, kuratorluğunu isə Dr. Angelina Vhalley üzərinə götürüb.

Sərgidə fildən zürafəyə, keçidən ilanbalığına, ahtapotdan dəvəquşuna qədər 100-dən çox həqiqi heyvan bədəninin daxili aləmi, əzələləri, skelet sistemi və damarları bədii anlayışla təqdim olunur.
Elm və incəsənət dairələri tərəfindən dünyanın ən əhatəli heyvan anatomiyası sərgisi kimi təsvir edilən layihə, sözün əsl mənasında ziyarətçilərini anatomiya safarisinə aparır. Heyvanların daxili orqanlarının mürəkkəbliyini və müxtəlif növlərin anatomiyasını başa düşülən şəkildə nəzəri bilikləri praktikada tətbiq etmək imkanı verən sərgi, 7-dən 70-ə qədər bütün ziyarətçiləri heyvanlar həyatına daha çox hörmət göstərməyə sövq edir.
6 qitə, 34 ölkə və 140 şəhərdə 50 milyondan çox ziyarətçiyə ev sahibliyi edən sərgi bütün zamanların ən uzun açıq sərgisi kimi də tanınır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya