
Estetik əməliyyatlar artıb: Dəb yoxsa zərurət ?-Həkim fəsadlardan danışdı
11:50 12.12.2024
Sağlamlıq
585
Azərbaycanda bir müddət əvvəl 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı ciddi araşdırmalara başlandığı barədə xəbər vermişdik.
Bu araşdırma ilə bağlı Bakupost.az -a bəzi detallar məlum olub.
Öncə qeyd edək ki, dünən DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev də İTV-nin efirində məsələ ilə bağlı açıqlama verib və estetik cərrahlarla bağlı araşdırmaların aparıldığı barədə xəbəri təsdiqləyib.
Bilavasitə estetik cərrahlar və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı araşdırmalar aparılır. Bu araşdırmalar zamanı həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində qanun pozuntuları, o cümlədən rüşvət hallarının diqqət mərkəzində olacağı qeyd olunur.
Bu araşdırmalardan sonra səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vuramaqda adı daha çox halanan şəxslərin ağır şəkildə cəzalandırılacağı, hətta bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin məhkəmə yolu ilə ləğv olunacağı gözlənilir. Həmçinin müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların müəyyən edilməsinin də araşdırma predmeti olduğu bildirilir.
Hüquq-mühafizə orqanları həm də bu məsələni ilk dəfə gündəmə gətirən jurnalist Qənirə Ataşovaya təzyiq və hədə-qorxu gələn estetik cərrahlarla bağlı araşdırma aparır.
DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, Qənirə Ataşovaya təziqlərin araşdırılması DİN-in aidiyyəti baş idarəsinə tapşırılıb.
DİN rəsminin sözlərindən o da ayın olub ki, estetik cərrahlar tərəfindən susdurulan zərərçəkmişlər də araşdırmalara cəlb olunur.
Araşdırmaların sonucunda estetik cərrahlara bağlı ciddi cəza, hətta həbs tədbirlərinin görüləcəyi də gözlənilir.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, bu gün estetik əməliyyatların aparılması, Azərbaycanda dəb halını alıb:

“Əlbəttə ki, anadangəlmə qüsurlu insanlar mütləq əməliyyat olunmalıdır. Məsələn, anadangəlmə dovşan dodaqlı doğulanlar mütləq əməliyyat edilir. Əməliyyatdan bir neçə il sonra isə dodaqda olan izləri aradan qaldırmaq üçün yenidən estetik əməliyyata müraciət edilir. Lakin Azərbaycanda insanlar kütləvi şəkildə burun əməliyyatı etdirir. Bunun isə sonrakı mərhələləri var. Yəni bu əməliyyat illər sonra onun nəfəs almasında, qoxu bilməsində zaman-zaman problemlər yaşadacaq. Ona görə də vacib olmadığı təqdirdə estetik əməliyyat etdirməmək lazımdır. Xüsusilə də dolğuların tərkibləri fərqli olur, və bilinmir nədir. Elə insanlar var ki, 20 il bundan öncə süd vəzində estetik əməliyyatlar etdirib. Lakin bu gün estetik materiallar ona əziyyət, ağrı verir. Çox təəssüf ki, indi Azərbaycanda nəinki tibbi təhsili olmadan estetik əməliyyat edənlər, həmçinin kosmetoloq adını daşıyanlar da çoxalıb. Yəni baxırsan tibbi təhsili yoxdur və beş, üç gün bir kursda öyrənir, adını qoyur kosmetoloqam. Üzü innervasiya edən üçlü sinir var. Bu üçlü sinirin şaxələnməsini belə bilmirlər. O şaxədən hər hansı biri zədələnərsə, göz qapağının sallanması, ağız bucağının əyilməsi ola bilər. Bunun üçün mütləq həkim beş il rezidentura bitirməli və beş ildən sonra təkmilləşmələrdə olmalıdır. İnsan mütləq araşdırma aparılmalıdır. İnternetdə hərə bir səhifə açıb, mənfi və müsbət müdaxilələr yaza bilər. Yəni internetdə, sosial şəbəkələrdə hər şey mümkündür. Xanımlar cavandır və cavanlıq özü bir gözəllikdir. O cavanlığına müdaxilə edib hər hansı bir zərbəni vurmağı məsləhət görmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə