Hamiləlik zamanı stresin uşağa təsiri - Ginekoloq danışır...
10:47 27.07.2023
Sağlamlıq
1228
Hamiləlik dövründə stress anaya, körpəyə mənfi təsir edir və erkən doğuma səbəb ola bilər. Buna görə də hamilə qadının yaxın ətrafı bu müddət ərzində onlara mənəvi dəstək olmalıdır.
ABŞ-ın Kaliforniya Universitetinin alimləri hamiləlik dövründə ananın məruz qaldığı çətinliklərin uşaqda faydalı bağırsaq mikroblarının sayını azaltdığını müşahidə ediblər. Bağırsaq insanın ikinci beyni adlandıran həkimlər yekdilliklə bu fikirdədirlər ki, zərərli və faydalı bağırsaq mikrobları istər immun sisteminə, istərsə də beyin fəaliyyətinə təsir göstərərək insanın emosional vəziyyətini dəyişə bilir.
Alimlərin fikrincə, bu hal ona görə baş verir ki, körpənin bədəninə ilk bağırsaq mikrobu nümunəsi məhz ananın bədənindən keçir. Əgər ana stresə məruz qalırsa, bu zaman onun bədənində faydalı mikroblar zərərlilər ilə əvəzlənir və körpənin orqanizminə də bu mikroblar keçir. Kaliforniya Universitetinin professoru həkim Bridget Kallaqan qeyd edir ki, bu hal ana üçün müvəqqəti xarakter daşısa da, körpədə uzun illər müşahidə olunur.
Ginekoloq cərrah Nuray Hacıyeva isə “Sherg.az"a açıqlamasında deyib ki, hamiləlik dövründə ananın güclü stress keçirməsi bətndəki uşağa öz mənfi təsirini göstərir. Belə ki əgər ana stressi ilk hamiləliyin 3 ayında keçiribsə uşaqda ya hər hansı bir anatomik orqan qüsuru olur, ya da döl tələf olur və hamiləlik başa çatır:
"17 həftədən yuxarı hamiləliklərdə stress anada bəzi stress hormonlarının sintezinə səbəb olur. Bu hormonlar dölün ciftindən rahatlıqla keçə bilir və dölün sinir sisteminə mənfi təsir edir. Bu uşaqlarda gələcəkdə hiperaktivlik, yaddaşsızlıq, diqqətsizlik, əsəbilik, depressiya kimi duyğusal problemlər olur. Həttda araşdırmalar göstərmişdir ki anası hamiləykən çox güclü stress keçirən uşaqlarda böyüdükdə şizofreniya kimi ağır psixi xəstəliklər belə sıx - sıx yaranır. Bundan başqa bu uşaqlarda bətndə cift qan dövranı zəifləyir nəticədə uşaq çəkisi az və zəif doğulur.
Hamiləliyin 30-cu həftəsindən sonra keçirilən stress isə çox vaxt vaxtından qabaq doğuşlarla nəticələnir.Buna görə hamilə qadın özünü stressdən qorumalıdır.Hamilə qadının yaxınları da bunu nəzərə alıb onu stressdən uzaq tutmalıdırlar.Əgər ciddi stress yaradan səbəb varsa psixoloqdan məsləhət almaq faydalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə