Hansı daha faydalıdır -Sarı, yoxsa ağ kərə yağı?
Yusif Nəzərli
20:55 23.11.2024
Sağlamlıq
663
Kərə yağı səhər süfrələrinin də, mətbəxlərin də vaz keçilməzidir. Amma son illərdə saxta yağlar o qədər çoxaldı, möhtəkirlik o qədər artdı ki, insanlar kərə yağına inamı itirdi. İndi hətta bölgələrdən, kənddən gətirilən, göndərilən kərə yağına da etibar etmək olmur. Rəng məsələsi də insanların şübhəsini artırır. Kərə yağınını bəzən sarı, bəzən də sarımtıl, hətta ağ, süd rəngində olanları da satılır. Qida mütəxəssisləri sarı kərə yağı ilə ağ rəngdə olanın fərqini izah edib.
“Sherg.az” “Millieyt.com.tr”yə istinadən xəbər verir ki, kərə yağının rəngi inəyin südündən, daha dəqiq desək, sağılan inəyin nəylə qidalandığından asılıdır. İnəklər tərkibində beta-karotin olan təzə ot yeyəndə sağılan süddən hazırlanan kərə yağı sarı rəngdə olur. Otun tərkibindəki beta-karotin maddəsi südə - ondan hazırlanan kərə yağına rəng verən piqmentdir. Ona görə də təzə otla qidalanan inəklərin südündə beta-karotin maddəsi çox olur, nəticədə inəyin südü də yağlı olur. Ancaq inəklərin yemində tərkibində bu piqment əskikdirsə, süd yağsız olur və açıq rəng alır. Kərə yağının rənginə və keyfiyyətinə sağmal heyvanların yeminin böyük təsiri var. Kərə yağı haqqında bilməli olduğunuz başqa bir təfərrüatı da məhsulun hazırlanma vaxtı ilə əlaqədardır. Qışda sağılan heyvanın südü ilə, yaz-yay aylarında sağılan heyvanın südü fərqlidir. Əgər marketlərdə açıq rəngli və demək olar ki, ağ kərə yağı görürsünüzsə, bunun böyük ehtimalla qış südündən hazırlandığını başa düşməlisiniz. Yağın açıq rəngdə olmasının digər səbəbi isə yağsız süddən alınmasıdır. Tərkibində az yağ olan süddə onu sarıya çevirən piqment yoxdur. Piqment çatışmazlığı və qidalanma ilə yanaşı, emal üsulu da yağın rənginə təsir edən amillərdəndir. Kərə yağı həddən artıq emal edildikdə və bərk çırpılanda onun içində hava qabarcıqları yığılmağa başlayır. Bu qabarcıqlar işığı əks etdirərək yağın daha az sarı olmasına səbəb olur. Tutqun və ağ görünüşə malik olan kərə yağının əsas problemi onun emal çətinlikləridir. Lakin bu, kərə yağı istehlakında heç bir problem yaratmır. Hansı kərə yağının ən faydalı olduğu ilə maraqlananlar üçün cavabımız sarı rəngli kərə yağıdır. Lakin bu o demək deyil ki, ağ kərə yağı tamamilə faydasızdır. Bu, həm də insanların seçimindən asılıdır. Elə insanlar var daha az yağlı məhsulu tərcih edir. İstifadə etdiyiniz kərə yağının orijinal olub-olmadığını anlamaq üçünsə belə üsul tətbiq edə bilərsiniz; bir parça kərə yağı götürün və isti su ilə bir qazana atın. Bir parça əriyib kiçilirsə, gerçəkdir, suda parçalanmağa davam edirsə, saxtadır. Bazarda mövcud olan müxtəlif yağ növlərini belə ayırd edə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm