Heç bir məktəbdə tibbi yoxlama faktı yoxdur
Heç bir məktəbdə tibbi yoxlama faktı yoxdur
Yusif Nəzərli
01:41 28.02.2023
Sağlamlıq
586
“Ola bilsin ki, əldə olunan nəticələr poliklinikalara fərdi qaydada müraciət edən uşaqların müayinələrinə uyğun hazırlanıb”
“Halbuki dispanserizasiya prosesi, əslində, tam şəffaf və əsasən də məktəblərin özündə həyata keçirilməlidir”
“Uşaqlar arasında ən çox elə xəstəliklər üstünlük təşkil edir ki, bəlkə də birbaşa valideyn nəzarəti ilə qismən də olsa qarşısını almaq olar”. Bu barədə Bakı Baş Sağlamlıq İdarəsinin mətbuat katibi Elnur Hidayətoğlu deyib. E.Hidayətoğlunun sözlərinə görə, ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinib. Bakı Baş Səhiyyə Mərkəzinin hazırladığı hesabata görə, 2022-ci il üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində aşkar olunmuş xəstəliklər arasında göz xəstəlikləri 25 faiz (əsasən yaxındangörmə), həzm sistemi 20 faiz (əsasən stomatoloji), tənəffüs sistemi 13.5 faiz (əsasən lor), sümük-əzələ sistemi 12.3 faiz (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib. Məlumat üçün bildirək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tapşırığına uyğun olaraq, 2022-ci ilin fevral ayından etibarən təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyası prosesi gücləndirilib. Bu məqsədlə uşaqlara ambulator tibbi xidmət göstərən uşaq poliklinikaları tərəfindən tərtib olunmuş müayinə planına uyğun olaraq, həkim briqadaları yenidən təşkil olunub və uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirləri sürətləndirilib. İlkin tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən aşkar edilməsi və müvafiq sağlamlaşdırma tədbirlərinin aparılması məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəhbərliyinin tapşırığına əsasən təhsil müəssisələri və o cümlədən valideynlər arasında sanitar-maarif işinin təşkili istiqamətində ciddi tədbirlər həyata keçirilib.
Qeyd edək ki, valideynlər məktəblərdə real müayinələrin aparılmadığını, statistikanın yalnız formal kağızdan ibarət olduğunu iddia edirlər.
Təhsil eksperti Elçin Əfəndi isə “Şərq”ə açıqlamasında deyib ki, “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanuna əsasən, hər il şagirdlər icbari tibbi müayinədən keçirilməli və onların müayinə nəticələri dispanser vərəqində qeyd edilməli, o qeydlər isə məktəblərə göndərilməlidir: “Sözün açığı, məktəblərdə uşaqların icbari dispanserizasiyası ilə rastlaşmamışam. Ümumiyyətlə, məktəblilərin tibbi yoxlanılması faktı yoxdur. Ola bilsin ki, əldə olunan nəticələr poliklinikalara fərdi qaydada müraciət edən uşaqların müayinələrinə uyğun hazırlanıb. Halbuki dispanserizasiya prosesi, əslində tam şəffaf və əsasən də məktəblərin özündə həyata keçirilməlidir”.
Ekspertin fikrincə, səhər saatlarında məktəbə daxil olan bütün şagirdlər ilkin tibbi yoxlamadan keçirilməli, qızdırmalı uşaqlar dərsə buraxılmamalı, müalicə üçün evə göndərilməlidir: “Çünki infeksiya daşıyıcısı olan bir uşağın dərsdə oturması kütləvi şəkildə yoluxma ilə nəticələnə bilər. Bunun məsuliyyəti iki müvafiq qurumun Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyinin üzərindədir. Çünki məktəbdə kütləvi yoluxma dərsin gedişatına mənfi təsir göstərir. Əslində, uşaqların sağlamlığının öyrənilməsi üçün icbari dispanserizasiya düzgün metoddur, yəni yönləndirmə düzgündür. Ancaq yaxşı olar ki, şəffaflıq olsun, uşaqlar düzgün yoxlanılsın. Əgər prosedur düzgün və şəffaf aparılsa, hər bir valideyn də uşağının sağlamlığı barədə ətraflı məlumat əldə etmiş olar”.
Qeyd edək ki, uşaqların dispanserizasiyası – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının məqsədi isə uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmə, əlilliyin və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya