
Həkim “Nimesil”in ziyanlarını sadaladı
Yusif Nəzərli
05:15 25.10.2024
Sağlamlıq
1369
Ağrıkəsicilər orqanizmi çaşdırır
Sosial mediada bir əczaçının "Nimesil"i qrip üçün alanlara irad bildirdiyini əks etdirən video yayılıb. Əczaçı “Nimesil” qəbulunu məsləhət görmür və bu preparatın ziyanlı olduğundan danışır. Bəzi mütəxəssislərsə hətta bu dərmanın dozanı aşdıqda ölümlə nəticələnə biləcəyini deyirlər. Amma ”Nimesil” apteklərdə rahat şəkildə, reseptsiz satılır. Baş, boğaz ağrısı, qızdırma, halsızlıq, hətta əzələ ağrısı zamanı da bir çoxları məhz “Nimesil”ə “pənah” aparır. Pənah apardığımız dərmansa məgər həddindən artıq ziyanlı imiş. “E-saglam.az” ziyanlarına baxmayaraq tələbatın get-gedə artdığı "Nimesil" haqqında məlumatları təqdim edib. Qeyd edilir ki, bu, ağrıkəsici təsirə malik qeyri-steorid iltihab əleyhinə vasitədir, tərkibindəki maddənin adı isə "nimesulide" adlanır. Bundan əlavə saxaroza, portağal dadlı və iyli dadverici, limon turşusu, maltodekstrin və makroqolun setostearil efiri kimi köməkçi maddələr də daxildir. Dərman təsirini ilk 5-15 dəqiqə ərzində göstərir və 6 saata qədər davam edir. Qeyd edilir ki, “Nimesil” əməliyyatdan sonra yaranan ağrılara, baş və diş, əzələ ağrılarına, ayaq burxulmaları, bədənin zədə almasından sonra yaranan ağrılara yaxşı təsir edir, damar, ginekoloji və uroloji xəstəliklərdə, bədən temperaturunun artmasına qarşı da istifadə edilir. Lakin dərman bir çox ağrılara güclü təsir etsə də, ondan düzgün şəkildə istifadə etmək lazımdır. "Nimesil" yeməkdən sonra qəbul edilməlidir. 12 yaşdan yuxarı olan uşaq və böyüklər 100 ml suda bir paket həll edərək içməlidirlər. 0-12 yaş aralığında olan uşaqların isə istifadəsi qəti şəkildə qadağandır. Maksimum müalicə müddəti 15 gündür. 15 gündən artıq istifadəsi həyat üçün təhlükə yarada bilər. Araşdırma zamanı məlum olub ki, "nimesulide" maddəsi böyrəklər tərəfindən xaric olunur, buna görə də böyrək çatışmazlığı olan xəstələr bu dozanı azaltmalı, ya da ümumiyyətlə istifadə etməməlidir. Bütün bunlardan əlavə preparatın yan təsirləri də mümkündür. Belə ki, dəridə qaşınma, qızartı, normadan artıq tərləmə, nadir hallarda isə nəfəs darlığı problemi yarada bilər. Buna görə də mütəxəssislər dərmanın güclü təsirini və dozasını nəzərə alaraq həkim məsləhəti ilə istifadə edilməsini məsləhət görürlər. Normadan artıq istifadə edildikdə yuxu gətirir, qusma, ürəkbulanma, mədə ağrısı və ya narahatlıqlara səbəb olur. Mədə-bağırsaq xoraları, diabet, təzyiq xəstələrinin istifadə etməsi qadağandır.
Terapevt Şahvələd Məmmədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, “Nimesil” qeyri-steroid iltihab əleyhinə preparatlar qrupuna aiddir:

- 0-12 yaş qrupuna əks göstərişləri öz yerində, amma “Nimesil” kəskin allergik reaksiyalar törədən preparatdır. Bu preparatın qəbulu zamanı allergik reaksiyalar özünü çox pis büruzə verir. Aptekçilər müraciət edənlərə özbaşına satır bu preparatı. Bu, qətiyyən düzgün deyil. Birincisi, ağrı varsa, onun mənbəyi, səbəbi tapılmalı və ona uyğun müalicə aparılmalıdır. Ağrıkəsicilər müvəqqəti xarakterlidir və orqanizmə bəlli bir vaxt müddətində çaşdırıcı, ziyanlı “kömək” edir. Ağrı varsa, müəyyənləşməlidir ki, səbəbi nədir. Yoxsa hər ağrını ağrıkəsici ilə azalt, bir müddət sonra yenə başlasın, yenə ağrıkəsici qəbul et, bu, tamamilə yanlışdır və orqanizmin çökməsinə səbəb olacaq. Həkimlə məsləhətləşməmiş heç bir dərman preparatı qəbul edilməməlidir. Xüsusən də “Nimesil” kimi allergik reaksiyalar törədən preparat. Bu preparatları almaq ümumiyyətlə, məsləhət deyil. Uşaqlara, böyüklərə “Parasitomol”, ya da “Paraferin” vermək olar, ya kapsul şəklində, ya da sirop halında olan. “Nimesil”in qəbulu zamanı kəskin allergik reaksiyalara çox təsadüf edilir. Hətta biz xəstələrdən soruşuruq, digər dərman preparatlarının qəbulu zamanı da allergik reaksiyalar yaşanıbsa, ikinci dəfə eyni tərkibli preparatları qəbul etmək prosesi sürətləndirə, sürətlə gedən allergik reaksiyalara səbəb ola bilər. Bu da çox ağır fəsadlar, hətta anefilaktik şok yarada bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm