İnfakt sırasında ağrı 5-10 dəqiqə kimi qısa müddətə, təəssüf ki, keçmir - HƏKİM MƏSLƏHƏTİ
16:29 24.07.2023
Sağlamlıq
1142
“İnfarktın əsas əlaməti ürək nayihəsində olan ağrıdır. Bu ağrının əsas xarakterik özəlliyi odur ki, o basıcı və sıxıcı xarakterdə olur.”
Bu sözləri “Sherg.az”a açıqlamasında ürək- damar cərrahı Ramil Əliyev deyib.
Həkimin sözlərinə görə, bu ağrı adətən çənənin sol tərəfinə, sol çiynə, hətta kürək nayihəsinə yayıla bilir: Bir başqa diqqət etmək lazım olan xüsus isə bu ağrının müddətidir. İnfakt sırasında ağrı 5-10 dəqiqə kimi qısa müddətə, təəssüf ki, keçmir.
Ağrı, adətən, hərəkətlə şiddətlənir, istirahət ilə qismən azalır, amma xəstə tam tibbi yardım almadan tamamilə keçmir. Eyni zamanda infarkt sırasında başqa əlamətlər də görürük. Ən çox gördüyümüz başqa bir əlamət sol qolda olan keyimədir.
Xəstələrdə bəzən soyuq tərləmə, ölüm qorxusu hissi də görülə bilir. Çox nadir də olsa bəzən biz xəstələrdə qusma, ürək bulanması kimi şikayətlər də görə bilirik.
Adətən sinirdə hər iki qolun keyiməsi birlikdə görülür. Həm sağ, həm sol qolda bu görülür. İnfakt sırasında isə sadəcə sol qolda görülür.
Bundan əlavə olaraq sol qolda keyimə ürək ağrısı ilə bərabər görülürsə, bu daha çox infakt əlamətidir”.
Ramil Əliyevin sözlərinə görə, infarkt zamanı ilkin yardım göstərilməsini bilməkdən əvvəl, onu stenokardiyadan seçməyi bilmək gərəkdir. Adətən hər iki xəstəliyin simptomları bənzər, lakin ilkin yardım qaydaları fərqlidir: “Stenokardiyanın infarkdan əsas fərqi ağrılara nitroqliserinin təsir edə bilməməsidir. Həmçinin infarkt zamanı ağrı hissi xəstə dincəldikdən sonra belə keçmir. Odur ki, tibbi yardım gələni qədər xəstəyə ilkin yardım göstərilməlidir.
Otağa hava gəlməsi üçün pəncərəli açmaq, kondisioneri yandırmaq laızmdır.
Dilin altına nitroqliserin həbi qoyulmalıdır. Bu üsulla dərman qana daha tez keçir və ağrı hissi biraz azalır. Həmçinin qanın laxtalanmasını gücləndirmək üçün 300 mq aspirini xəstə çeynəməlidir. Baş hissəsini bir qədər yüksəkdə olmaqla xəstəni yatağa uzadıb, onun üçün tam sakitlik yaradın, hərəkət etməyə və hətta danışmağa belə qoymayın. Xəstə ətrafdakıların onun vəziyyətindən qorxaraq təlaş keçirdiklərini hiss etməməlidir. Xəstə huşunu itirib və ritmik nəbz yoxdursa, deməli xəstəni qurtarmaq üçün cəmi 3-5 dəqiqə vaxt var. Bunun üçün də xəstəyə dərhal ürək-ağciyar renimasiyası edilməldir. Belə ki, dayanmış ürəyi qaytarmaq üçün 30-40 sm yüksəklikdən xəstənin döş qəfəsinə yumruqla zərbə endirilməli, daha sonra yuxu arteriyasında nəbzi yoxlamalı və nəbz hiss etmədikdə dərhal ürək masajı və süni tənəffüs edilməlidir. Xəstənin başını maksimal dərəcədə arxaya atmalı, hər 15 masaj hərəkətindən sonra xəstənin burun və ağzına 2 dolu tənəffüs edilməlidir. Yardım hərəkətlərini 5-7 dəqiqə xəstə ayılanadək etmək lazımdır. Əks halda təcili tibbi yardım gələnə qədər xəstə həyatını itirə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə