Koronavirusa yoluxanları təhlükə gözləmir
Yusif Nəzərli
09:30 06.08.2023
Sağlamlıq
616
Genetik dəyişikliklər üçün iybilmə-dadbilmə hissi ömürlük itməlidir ki, həmin insan bu xəstəliyi öz genlərinə ötürsün
Yeni araşdırmalar iybilmə qabiliyyətinin insanda yarana biləcək potensial xəstəlikləri proqnozlaşdıra biləcəyini sübut edir. ABŞ-nin Çikaqo Universitetinin alimləri bu barədə nevroloji tədqiqat aparıblar. Məlum olub ki, uşaq yaşlarından iybilmə qabiliyyətinin inkişaf səviyyəsi onun gələcəkdə nə kimi xəstəliklərə tutula biləcəyini göstərir.
Çikaqo Universitetinin Nevrologiya şöbəsinin alimləri kəşf ediblər ki, qoxu ilə əlaqəli APOE genində zədə olan uşaqlar gələcəkdə altsheymer üçün risk qrupu təşkil edirlər. Digər bir tədqiqat isə iddia edir ki, iybilmənin itməsi hətta zəkanın inkişafdan qalmasına səbəb ola bilir.
Tədqiqatın baş koordinatoru Metyu Qudsimitin fikrincə, iybilmə ilə bağlı xəstəliyin erkən aşkarlanması və müalicəsi gələcəkdə bizi müalicəsi mümkün olmayan xəstəliklərin yaranmasından qoruyacaq.
Qeyd edək ki, COVİD-19-a yoluxan insanların böyük əksəriyyətində iybilmə və dadbilmə tamamilə itmişdi. Aradan uzun zaman keçməsinə baxmayaraq, hələ də bundan şikayətçi olanlar var ki, koronavirusdan sonra iybilmə, dadbilməsi qayıtmayıb. Maraqlıdır, bu hal insanlarda xroniki hal ala və yaxud genetikaya təsir edə bilərmi?
İnfeksionist-hepatoloq Mərdan Əliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, COVİD-19 virusu sinir sistemini zədələdiyi üçün iy və dadbilmənin də reseptor aparatlarına təsir edir: “Ağzımızda və burun boşluğunda olan reseptorlar duyğunu qəbul edir və mərkəzi sinir sisteminə ötürür. Koronavirus infeksiyasına yoluxma zamanı da həmin reseptorlar və iybilmə-dadbilmə hissini baş beyinə ötürən sinirlər zədələnir. Onu deyim ki, iybilmənin və dadbilmənin qismən və ya tamamilə itməsi bəzi xəstələr üçün çox ciddi psixoloji nəticələrə səbəb olur. Yəni bir var ümumiyyətlə iybilmə, dadbilmə olmaya, bir də var virusdan sonra yediyin yeməyin dadını, qoxusunu fərqli cür hidd edəsən. Bu, daha pis haldır. Ona görə də sağaldıqdan sonra qoxu və dadbilmə duyğusunu bərpa etmək xəstənin əvvəlki həyatına qayıtması üçün vacib şərtlərdən biridir. Amma sinir hüceyrələri ən gec və çox zəif bərpa olunan toxuma olduğu üçün postvirus dövründə iybilmə və dadbilmənin gec bərpası və ya tam bərpa olunmaması yoluxanların 65-70 faizi üçün xarakterikdir”.
İnfeksionistin sözlərinə görə, COVİD-19 virusu səbəbindən zədələnən burun və ağız boşluğu reseptorları hər nə qədər gec bərpa olsa da, bunun genetik təsiri yoxdur: “Koronavirusun zədələdiyi sinir hüceyrələrinin bərpası 1-2 il davam etsə belə, bunun genetikaya heç bir təsiri yoxdur. Genetik dəyişikliklər üçün iybilmə-dadbilmə hissi ömürlük itməlidir ki, həmin insan bu xəstəliyi öz genlərinə ötürsün. İndiki halda isə koronavirusa yoluxan və bu səbəbdən iybilmə, dadbilmə hissini itirən insanların qorxacağı bir hal yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm
Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
14:57 18.08.2026
Sosial
4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir
14:25 18.08.2026
Sosial