Koronavirusun yeni ştammı: Risk qrupunda olan şəxslər... - AÇIQLAMA
10:26 21.09.2023
Sağlamlıq
732
Amerikalı mütəxəssislər COVID-19-a yoluxma ilə bağlı növbəti dəfə xəbərdarlıq ediblər.
Onların fikrincə, COVID-19-un yeni növünü soyuqdəymə və allergiyadan fərqləndirmək çətindir. Ekspertlər düşünürlər ki, bu xəstəliklərin oxşarlıqları çoxdur. Həkimlər COVID-19-un son vaxtlar yüngül keçdiyini söyləyirlər. Onlar iddia edirlər ki, yoluxmanı öyrənməyin yeganə yolu test verməkdir: “Əsas simptomlar burun tutulması, asqırmaq, yüngül boğaz ağrısıdır. COVID-19 qızdırmaya, baş ağrısına, yorğunluğa, öskürəyə səbəb ola bilər. Lakin bu əlamətlərə getdikcə daha az rast gəlinir”.
ABŞ-nin elan etdiyi statistikaya görə, ölkədə yoluxma artsa da, ölüm hallarında azalma müşahidə olunur.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca da Türkiyədə aşkarlanan COVID-19-un “Eris” variantı ilə bağlı açıqlama verib.
Nazir sosial media hesabında yazdığı açıqlamada koronavirusun epidemiyanın başlanğıcından bəri davamlı olaraq mutasiyaya uğradığını bildirib.
Omicron variantından sonra sadə tədbirlərdən başqa bütün dünyanın normala döndüyünü vurğulayan nazir deyib ki, virus tam yoxa çıxmır: “Ümumiyyətlə, getdikcə daha zəif variantlara çevrilir. Həyatın normal davam etdiyi ölkələrdən sonra "Eris” adlı variant ölkəmizdə məhdud sayda müşahidə olunub. Narahat olmağa dəyməz. Mütəxəssislər bu barədə danışa bilər, amma adi vətəndaşlar üçün aktual məsələ deyil. Əvvəllər də dediyimiz kimi, yaşlılar, xroniki xəstəlikləri olan şəxslər özlərini qorumalıdır”.
TƏBİB-dən isə “Sherg.az"a bildirilib ki, hazırda Azərbaycanda COVID-in yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib.
Əlavə olaraq qeyd olunub ki, virus mutasiya etməyə davam edir və artıq bu ştamların da əlavə mutasiyalara malik subvariantları formalaşmaqdadır. Bu səbəbdən də, variantlar ÜST və digər ictimai səhiyyə qurumları tərəfindən daim nəzarətdə saxlanılır.
Məlumatda bildirilib ki, artıq bir neçə aydır ki, COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır: “Xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub. Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştamlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştamm özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştamların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur.
Qeyd etdiyimiz kimi, ölkəmizdə COVID-19 xəstəliyinin yeni ştammına yoluxma hallarına rast gəlinməyib. İnsanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb. Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştamlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir. Qeyd edək ki, TƏBİB tabeliyindəki tibb müəssisələrində bütün növ kəskin respirator infeksiyaların müalicəsi üçün zəruri infrastruktur mövcuddur. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün xüsusi ayrılmış Məhəmmədi Modul tipli xəstəxana da fəaliyyət göstərməkdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual