
Metapnevmovirusun Azərbaycana da gəlmə ehtimalı var? -İnfeksionistdən açıqlama
11:33 10.01.2025
Sağlamlıq
639
"Metapnevmovirusu yeni adlandırmaq olmaz, çünki bu, patogen kəskin respirator virus infeksiyalarına (KRVİ) səbəb olan digər viruslar arasında həmişə mövcud olub".
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı akademik Vitali Zverev bəyan edib.
"Bu virus bütün KRVİ arasında bəzi qiymətləndirmələrə görə 0.1%, digərlərinə görə 1% təşkil edir, lakin o həmişə olub, var və olacaq", - deyə ekspert qeyd edib.
Akademikin sözlərinə görə, metapnevmovirus əsasən bir yaşdan kiçik uşaqlar üçün təhlükəlidir, çünki onlarda pnevmoniya ilə müşayiət oluna bilər.
"Xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı insanlarda da xəstəlik ağır keçir", - deyə mütəxəssis əlavə edib.
Zverev qeyd edib ki, yeni virusa qarşı simptomatik müalicədən başqa vasitə yoxdur.
Xatırladaq ki, COVID-19 pandemiyasından beş il sonra Çində yeni xəstəlik epidemiyası - insan metapnevmovirusu (HMPV) baş qaldırıb. Bu xəstəlik zəifləmiş pasiyentlərdə pnevmoniyaya çevrilə bilir. Çindən başqa artıq Qazaxıstan da yoluxma halları barədə məlumat verib - orada 30 xəstə aşkar edilib.
İnfeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a söyləyib ki, bu virus hava damcı yolu ilə yoluxur:

“Təbii ki, Azərbaycana da gəlmə ehtimalı var. Amma bu virusun törətdiyi xəstəlik yüngül keçir. Yəni elə də ağır gedişə malik olan xəstəlik deyil. Hətta qripdən də daha yüngül bir xəstəlikdir. Sadəcə olaraq risk qrupuna daxil olan şəxslər var. 2-3 yaşına qədər olan uşaqlarda və 70 yaşdan yuxarı olan şəxslərdə ağırlaşma və pnevmoniya vermə ehtimalı yüksəkdir. Lakin normal şəxslərdə ağırlaşmalar demək olar ki, müşahidə olunmur. Özlərini qorumaq üçün insanlar bir sıra önləyici tədbirlər görməlidirlər. Təmizlik qaydalarına riayət etmək, əlləri tez-tez yumaq və ya spirtli antiseptiklərdən istifadə etmək lazımdır. Həmçinin sosial məsafə saxlamaq, infeksiya riski yüksək olan şəraitdən (kütləvi yığıncaqlar, soyuqdəymə simptomları olan insanlarla təmas) qaçmaq tövsiyyə olunur. Maska taxmaq, yaxşı balanslı qidalanma, yuxu və fiziki aktivlik də virusa qarşı vacib önləyici tədbirlərdəndir. Lakin daha ciddi simptomlar varsa, tibbi yardım alınmalıdır. Yəni yüksək temperatur, öskürək, nəfəs darlığı və digər şiddətli simptomlar ortaya çıxarsa, vaxtında həkimə müraciət edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm