
Meymun çiçəyi virusundan qorunmaq asandır
Yusif Nəzərli
21:14 27.05.2022
Sağlamlıq
1611
Bu xəstəliyin koronavirus qədər geniş vüsət alacağı gözlənilmir
Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tanınmış həkim-cərrah Adil Qeybulla "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində qonaq olub. Professor çıxışı zamanı meymun çiçəyi virusun aprel ayının sonlarında Böyük Britaniyada aşkarlandığını bildirib:
"Nigeriyadan qayıdan şəxsdə meymun çiçəyi virusuna rast gəlinib. Virus ilk dəfə xərçəngkimilərlə qidalanan makaka meymunlarında tapılıb. Hazırda yeni bir pandemiya baş verərsə, 1980-ci ildən sonra doğulan şəxslər müdafiəsiz olacaqlar. Meymun çiçəyi virusu ilk dəfə 1958-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində identifikasiya olunub. Daha sonra ayrı-ayrı yerlərdə ocaqlar baş verib.
Ekspert vurğulayıb ki, peyvənd resursu olmalıdır:
"İndiki şirkətlər malekulyar biologiyanı ən müasir üsullarıyla imitasion peyvəndlər ala bilirlər. Odur ki, tez bir müddətdə peyvəndlər istehsal oluna bilər".

İnfeksionist-hepatoloq Mərdan Əliyev isə "Şərq"ə açıqlamasında bildirib ki, meymun çiçəyi virusunun tarixinin daha qədimlərə getdiyini bilirik:
"Xəstəliyə qarşı peyvənd mövcuddur. Təbii çiçək virusuna qarşı vaksin 1980-ci ilə qədər istifadə olunub və meymun çiçəyinə də effektilidir. Ona görə də vaksindən istənilən vaxt yararlanmaq olar. Yəni koronavirus kimi sözügedən virusun da vaksininin hazırlanmasını gözləməyə 1 il-il yarım vaxta ehtiyac olmayacaq. Digər tərəfdən bu xəstəlik COVİD-19 qədər sürətlə yayıla bilməz. Çünki onun yoluxma qabiliyyəti zəifdir. Lakin sıx kontakt və tənəffüs yolları ilə xəstəlik başqasına keçə bilər. Koronavirusda isə qısa müddət ərzində yoluxma baş verirdi. COVİD-19-dan fərqli olaraq, bu xəstəlik assimtomatik formada irəliləmir.
Çünki koronavirusun əlamətlərini zahirən görə bilmirdik. Meymun çiçəyinin isə səpkilər, qızdırma, halsızlıq kimi şikayətləri mütləq olur.
Belə olan halda da ətrafdakı şəxslər də xəstəni sağlamdan ayırd edib, özünü qoruya, yaxud da virusa yoluxmuş insan özünü təcrid edə bilər.
Bütün bunları nəzərə alsaq, meymun çiçəyi xəstəliyinin koronavirus qədər geniş vüsət alacağı gözlənilən deyil.
Bu xəstəlikdən qorunmaq üçün 1980-ci ildən sonra doğulan şəxslər təbii ki, istənilən vaxt peyvənd oluna bilər. Amma pandemiyanın elan olunması ehtimalı çox azdır. Çünki bu xəstəlik müəyyən yerlərdə hər il ortaya çıxır, lakin pandemiyaya səbəb olmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elon Mask tarixdə ilk dollar trilyoneri oldu
18:53 13.06.2026
Maraqlı
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
18:35 13.06.2026
Dünya
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
18:15 13.06.2026
Gündəm
Sülh görünür, amma müharibə ehtimalı bitməyib - ŞƏRH
17:50 13.06.2026
Gündəm
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm
Tramp Venesuelada "Tren de Aragua" liderinin öldürüldüyünü açıqladı
14:14 13.06.2026
Dünya
İddia qəbul edilmədi: Məktəb rəhbərliyi ekspertə uduzdu
14:06 13.06.2026
Elm və Təhsil