
Meymunçiçəyi Azərbaycana da ayaq aça bilərmi? – Nə etməli?
Yusif Nəzərli
13:44 23.05.2022
Sağlamlıq
454
“Türkiyədə Avropadan gələnlər arasında 1 meymunçiçəyi halı aşkar olunub”
“Qardaş ölkədə bu hallar artarsa, bizə gəlmə ehtimalı yaranır”
“Dövlət tərəfindən müəyyən tədbirlər görülməlidir”
Bütün dünyanı qorxuya salan meymunçiçəyi xəstəliyinə gün keçdikcə yeni ölkələrdə rast gəlinir. Bu il Avropadan sonra meymunçiçəyi virusuna ilk dəfə ABŞ-da rast gəlinib. Virus ABŞ-da bu yaxınlarda Kanadaya səfər etmiş bir kişidə aşkar edilib.
Qeyd edək ki, İspaniyada 23 nəfərdə meymunçiçəyi xəstəliyinin əlamətləri olduğu açıqlanıb. Portuqaliyada 15 şübhəli hadisənin araşdırıldığı qeyd edilib. Böyük Britaniyada da iki yeni meymunçiçəyi xəstəsi aşkar edilib. Bununla da ölkədə yoluxanların ümumi sayı 9-a yüksəlib.
Ölkəmizdə hələ ki, heç bir yoluxma halı qeydə alınmasa da insanlarda təşviş duyulur.

İnfeksionist-hepatoloq Mərdan Əliyev sözügedən xəstəliyin Azərbayacana gəlmə ehtimalından danışıb.
O, "Sherg.az”a açıqlaması zamanı bildirib ki, xəstəliyin Azərbayacana gəlmək ehtimalı təbii ki, var:
“Ehtimalın olmadığını deyə bilmərik. Amma bu ehtimal azdır. Çünki Azərbayacan çox böyük bir ölkə deyil. Həm də nəzərə alsaq ki, bu koronavirus kimi çox sürətli yoluxma qabiliyyətinə də malik deyil. Ona görə də bu xəstəlik epidemik səviyyədə deyil.
Bizim qonşu ölkələrlə çox gediş-gəlişimiz var. Əgər qonşu ölkələrdə rast gəlinərsə, bizə də gəlmə ehtimalı var. Türkiyədə Avropadan gələnlər arasında 1 meymunçiçəyi halı aşkar olunub. Türkiyədə bu hallar artarsa, bizə gəlmə ehtimalı yaranır. Lakin xəstəliyin Türkiyədə artma ehtimalı da çox deyil”.
Mərdan Əliyev sonda qeyd edib ki, dövlət tərəfindən müəyyən tədbirlər görülməlidir. Onun sözlərinə görə, ökəyə daxil olan şəxslər bu xəstəliyə görə müayinə olunmalıdır, daha sonra ölkəyə buraxılmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda dağıdıcı zəlzələ qorxusu əsassızdır - Seysmoloq
20:22 13.06.2026
Hadisə
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
19:52 13.06.2026
Futbol
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
19:31 13.06.2026
Gündəm
Elon Mask tarixdə ilk dollar trilyoneri oldu
18:53 13.06.2026
Maraqlı
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
18:35 13.06.2026
Dünya
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
18:15 13.06.2026
Gündəm
Sülh görünür, amma müharibə ehtimalı bitməyib - ŞƏRH
17:50 13.06.2026
Gündəm
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm