
Mütəxəssis: Fastfud sağlamlıq üçün ən təhlükəli qidalardan hesab edilir
09:13 01.11.2024
Sağlamlıq
800
ABŞ-də məktəbli ancaq fastfudla qidalandığı üçün kor olub.
Oxu.Az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verib.
Belə ki, Massaçusets ştatından 12 yaşlı uşaq uzun müddət həyati əhəmiyyətli qida maddələrindən məhrum olduğu üçün görmə qabiliyyətini itirib.
Uşağın valideynləri bildiriblər ki, övladları autizmdən əziyyət çəkdiyindən müxtəlif teksturlu yeməklərdən qorxub, ona görə də uşaq ancaq burger, kartof qızartması, dönər və şirə içə bilib. Beləliklə, bir müddətdən sonra uşaq kor olub.
Həkimlər uşağın orqanizmində A, C və D vitaminlərinin, həmçinin mis və sinkin ciddi çatışmazlığını aşkar ediblər.
Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, fastfud qidalanma vərdişləri arasında sağlamlıq üçün ən təhlükəli olan qidalardan hesab edilir:

“ABŞ-də yalnız fastfudla qidalanan bir məktəblinin görmə qabiliyyətini itirməsi ilə bağlı hadisə qidalanmanın insan sağlamlığına uzunmüddətli təsirini göstərən açıq nümunələrdən biridir. Çox fastfud yemək nəinki görmə qabiliyyətinə, həm də ürək-damar sistemi, mədə-bağırsaq funksiyaları və psixoloji sağlamlığa ciddi zərər verə bilər. Fastfud məhsulları adətən doymuş yağ və trans yağlarla zəngindir. Bu yağlar qan damarlarını tıxayaraq ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilir. Həmçinin fastfudlarda çox miqdarda duz olur. Çox duz istifadəsi qan təzyiqinin yüksəlməsinə səbəb olur. Nəticədə isə böyrəklərə və ürəyə zərər verə bilir. Fastfudların əsas tərkibi karbohidrat və yağdan ibarət olur. Bu cür qidalanma ilə orqanizm üçün vacib olan vitaminlər (məsələn, A, D, E, K vitaminləri) və minerallar (məsələn, dəmir, kalsium, sink) kifayət qədər alınmır. Bu isə immunitetin zəifləməsinə, sümüklərimizin sağlamlığının təhlükə altına alınmasına və hətta görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Çox güman ki, ABŞ də baş verən hadisədə məhz bu amillər əsas rol oynayıb".
Mütəxəssis əlavə edib ki, fastfudlar rafinə edilmiş karbohidratlarla zəngindir:
"Bu cür karbohidratlar qan şəkərinin sürətlə yüksəlməsinə və sonra tez bir zamanda azalmasına səbəb olur. Bu hal insulin müqaviməti, şəkərli diabet və piylənmə riskini artırır. Diabet də öz növbəsində gözlərimizə mənfi təsir göstərir. Fastfud qidalarında lif çox azdır. Lif həzm üçün vacibdir, onun çatışmazlığı isə həzm problemləri, qəbizlik və bağırsaq sağlamlığı ilə bağlı digər problemlərə səbəb olur. Həmçinin fastfudun yüksək kalorili tərkibi çəkinin sürətlə artmasına səbəb olur və piylənmə riskini artırır”.
Ekspert vurğulayıb ki, hər kəsin orqanizmi fərqlidir və qidalanmanın təsiri də insandan insana dəyişə bilər.
“Lakin ümumi tövsiyələrə görə, fastfud istehlakını mümkün qədər azaldaraq, ayda bir və ya iki dəfə yemək nisbətən təhlükəsiz sayıla bilər. Gündəlik və ya həftəlik fastfud qəbulu isə uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Fastfudun zərərlərinə baxmayaraq, insanlar bəzən vaxta qənaət etmək və ya əlverişlilik səbəbindən onu seçə bilər. Bu zaman fastfudu daha sağlam etmək üçün müəyyən dəyişikliklər etmək mümkündür. Daha böyük porsiyalar daha çox kalori və yağ deməkdir. Kiçik ölçülü yeməkləri seçmək zərərləri bir qədər azalda bilər. Sandviç və ya burqerin içinə daha çox tərəvəz (pomidor, kahı və s.) əlavə edərək lif və vitaminləri artırmaq olar. Qızardılmış kartof əvəzinə buxarda bişirilmiş tərəvəzləri və ya salatları seçmək daha ağıllı seçimdir. Qazlı və ya şəkərli içkilər əvəzinə su, sadə limon suyu və ya şəkərsiz çay içmək orqanizmi artıq şəkərdən və kalorisindən qoruyur.Mütəmadi fastfud istifadəsinin yaratdığı riskləri nəzərə alaraq, bu cür qidalardan tamamilə uzaq durmaq ən yaxşı seçimdir. Lakin həyat tərzi, sosial faktorlar və şəxsi seçimlər bəzi hallarda fastfud yeməyi qaçınılmaz olur. Bu hallarda sağlamlıq üçün balanslaşdırılmış yanaşma seçmək, fastfudu mümkün qədər nadir hallarda yemək vacibdir. Fastfud çox istehlak edildikdə orqanizmin müxtəlif orqan və sistemlərinə mənfi təsir göstərir. Həmçinin balanslaşdırılmış qidalanma və sağlam həyat tərzinin qorunması fastfudun təsirlərini minimallaşdırmağa kömək edə bilər” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm