Pediatr: Yoluxmamaq üçün göy öskürəyə qarşı peyvənd edilməlidir
Yusif Nəzərli
16:29 11.02.2024
Sağlamlıq
983
Açıq havada gəzinti olduqca önəmlidir!
Qızılca xəstəliyinə yoluxma halları səngiməmiş başqa infeksiyaların baş qaldırması ilə bağlı xəbərlər yayılmağa başlayıb. Son günlər əhali arasında azyaşlıların göy öskürək infeksiyasına yoluxduğu bildirilir.
Göy öskürək xəstəliyinin əlamətləri və yayılma yollarından danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova ATV-yə bildirib ki, bakterial infeksiya hava damcı yolu ilə yayılır: "Bu dövrdə uşaqlarda asqırma, öskürmə, burun axması və qızdırma kimi simptomlar müşahidə edilir. Özəlliklə gecə boğulma şəklində öskürəklər olur".
Pediatr Ülvi Əliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, göy öskürək bakteriya tərəfindən törədilən, şiddətli öskürək tutmalarına səbəb olan və əsasən tənəffüs yollarını zədələyən xəstəlikdir:
“Xəstəlik hava-damcı yolu ilə yoluxur. Törədicisi Gram mənfi çöpşəkilli bakteriya olan Bordetella pertussisdir. Bordetella 1906-ci il mikrobu kəşf edən belçikalı Bordonun şərəfinə adlandırılıb.
Xəstəlik 3 həftədən çox çəkən öskürəklə müşaiyət edilir. Bəzi mənbələrdə isə adı "100 günlük öskürək" deyə qeyd olunur. Yoluxmuş uşaqlar arasında 100 günə kimi öskürənlər olur.
Öskürək o qədər çox olur ki, uşağın rəngi göyərir ("göy" sözünü burdan alıb) sanki boğulacaqmış kimi bir hal alır. Daha çox 6ay-5yaş arası uşaqlarda rast gəlinir. Xarakterik öskürək tutmaları əsas simptomdur. Dərin nəfəsin ardından üst-üstə öskürək başlayır, gözlərdən yaş axır, qusma görülür. Dildə dişlərə sürtünmədən yara əmələ gəlir. Son vaxtlar bu xəstəliyə yoluxmaların artmasına səbəb isə valideynlərin "göy öskürək toksini olan peyvəndlər qızdırma verir" deyə uşaqlarını vaksinasiyadan yayındırmasıdır. Xəstəliyə bağlı ağırlaşmalar tənəffüs dayanması (apnoe), qabırğa sınığı, pnevmotoraks, qaşıq yırtığı, sidik saxlaya bilməmək kimi hallardır.
Müalicə antibiotik və simptomatik aparılır. Heç bir müalicə öskürəyin intensivliyini azalda bilmir. Bu isə valideynlərdə ciddi narahatlığa səbəb olur. Çünki uşaq boğulur, lakin valideyn və həkim çox vaxt aciz olur. Müalicəsində həkim məsləhəti ilə inhalyasiya edilir. Açıq havada gəzinti olduqca önəmlidir.
Yoluxmamaq üçün göy öskürəyə qarşı peyvənd edilməlidir.
Uşaqlar 2 aylığında göy öskürək, tetanus, difteriya, hepatit B və B tipli hemofil infeksiyaya qarşı kombinə olunmuş vaksin (GDTHibHepB) aldıqda bu xəstəliyə yoluxmurlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
14:12 25.07.2026
Gündəm
"ChatGPT"-nin işində fasilələr yarandı
14:09 25.07.2026
Texnologiya
Hökməli qəsəbəsində avtomobil yandı
13:45 25.07.2026
Hadisə