Plastik qablardakı təhlükə
Yusif Nəzərli
00:24 07.03.2023
Sağlamlıq
642
Hamilə qadınlar imtina etməlidir
Alimlərin apardığı yeni bir tədqiqat nəticəsində mikro və nano plastik hissəciklərin ana bətnindəki dölə keçə biləcəyi müəyyənləşib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, plastiik hissəciklər dölün inkişafına mənfi təsir edərək inkişafı zəiflədə və əngəlləyə bilər. Tədqiqatçılar mümkün təhlükəni nəzərə alaraq hamilə qadınlara plastik qablaşmalardakı ərzaqlardan, qida məhsullarından, həmçinin plastik qablaşdırmalardakı içməli sudan imtina etməyə çağırıb. İtaliyanın Roma Tor Vergata Universitetinin embriologiya üzrə mütəxəssisi, doktor Luisa Campagnolo mikro və nano plastik hissəciklərin insan toxumalarına qarışdığına dair dəlillərin artdığını bildirib. Bundan əvvəl aparılmış tədqiqatlar zamanı plastik maddələrin dəyişikliyə uğraması nəticəsində əmələ gələn mikroskopik hissəciklərin insanın qan dövranına, hətta plazmaya keçə biləcəyi müəyyən edilib. Lakin ABŞ-nin "Association for the Advancement of Science"nin illik konfransı zamanı təqdim olunan və siçanlar üzərində aparılmiş tədqiqat orqanizmə düşən plastik hissəciklərin ana bətnindəki dölün orqanlarına nüfuz edə biləcəyini təsdiqləyir. Campagnolo bildirib ki, ana bətnindəki döl mimkroplastiklər üçün bir hədəfdir: “Ana olmağa hazırlaşanlara məsləhətimiz budur ki, bətnlərini plastik hissəciklərlə doldurmaqdan əl çəksinlər. Bu hissəciklər dölə mənfi təsir edə, onun inkişafını ləngidə, körpənin orqanlarına zərər vura bilər”. Mütəxəssis qeyd edib ki, plastik hissəciklər orqanizmdə hormonlara mənfi təsir edir və bioloji inkişafı pozur. “Hamilə qadınlar nə etməli olduqlarını anlamalıdır. Bu, çox sadədir. Plastik qablardan birdəfəlik imtina edilməlidir. Şüşə qablara geri dönməliyik”, söyləyən Campagnolo birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların, xüsusən günəş şüasına məruz qaldıqda zərərli reaksiyaya daxil olur, plastikdən ayrılan maddələrsə orqanizmə düşdükdə, ağır fəsadlara səbəb ola bilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya
Antiterror tədbirləri: DİN-in döyüş yolu
10:06 19.09.2026
Tarix