Professor: Psixotrop dərmanlar tibbi asılılıq yaradır
11:12 20.11.2023
Sağlamlıq
469
Nizami rayonunda psixotrop tərkibli dərmanların əldə olunması üçün saxta reseptlər hazırlayan dəstə üzvləri saxlanılıblar. Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakinləri 1999-cu il təvəllüdlü Qulu Salmanov, 1986-cı il təvəllüdlü Əli Balayev, 1986-cı il təvəllüdlü Müşviq Şahbazov və 1987-ci il təvəllüdlü Əzizə Əliyeva saxlanılıblar. Onlardan ümumilikdə psixotrop tərkibli 950 ədəd, o cümlədən 350 ədəd preqabalin, 600 ədəd tramadol həbləri və külli miqdaqda metamfetamin aşkar edilib.
Qeyd edilib ki, Ə.Əliyeva evində hazırladığı saxta reseptləri dəstə üzvlərinə təqdim edərək psixotrop tərkibli dərmanların əldə olunaraq qanunsuz dövriyyəsinin təşkilinə şərait yaradıb.
Faktla bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Nizami rayonunda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Dünya ölkələrində psixotrop dərmanlar və onların pekursurlarının dövriyyəsinə nəzarət var:
"Bu dərmanlar tibbi asılılıq yaradır. Psixotrop dərmanlar və onların pekursurlarının dövriyyəsini pozan şəxslər məsuliyyət daşıyırlar. Bu cür hadisələr baş verdikdə hər halda araşdırma aparılır və lazımi tədbirlər görüləcək. Düşünürəm ki, norkotiklərin, psixoterapevt maddələrinin dövriyyəsinə xüsusi nəzarət daha da gücləndirilməlidir. Çünki bu genofondun sağlamlıq məsələsidir. Təəssüflər olsun ki, günümüzdə norkomoniyaya düçar olmuş çox sayda gənclərimiz var. Bu istiqamətdə dövlətin nəzarəti gücləndirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya