
Professordan xəbərdarlıq: Covid -19 pandemiyası bitsə də, xırda epidemiyalar davam edir
11:52 28.12.2024
Sağlamlıq
449
Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip hallarının artması daha çox müşahidə edilir.
Bu barədə Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciətində deyilir.
"Hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə görə yüksək həssaslığa malik əhali qrupları hesab olunur.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində, xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, həmçinin əl gigiyenasına riayət etməyi tövsiyə edir. Eyni zamanda, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi məqsədəuyğundur.
Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır", - müraciətdə vurğulanıb.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, bu gün Covid -19 pandemiyası bitsə də, xırda epidemiyalar davam edir:

“Yəni Omikron ştamının mutasiya variantları və onun müxtəlif təzahürü, müxtəlif təmaslı növləri mövcuddur. Bundan başqa, əhali arasında retroviruslar, rinoviruslar, entera viruslar, adi qrip virusu tüğyan etməkdədir və çoxsaylı xəstələnmələr var. Birinci növbədə insanlar geyim seçiminə diqqət etməli, havanı nəzərə almalı, diqqətli olmalıdırlar. Meyvə və tərəvəzlərdən ibarət balanslı pəhriz tətbiq edin. C vitamini ilə zəngin qidalar (portağal, limon, kivi və s.) istehlak edin. Kifayət qədər su için və isti içkilərə üstünlük verin. Çünki hər bir xəstəlik orqanizmdə öz izini qoyub gedir. Orqanizmlə necə davrandığımızı bilmədiyimiz üçün son nəticədə xəstəliklə üz-üzə gəlirik. Bu gün coviddən sonra autumun xəstəliklərin, xərçəngin artması da təsadüfi deyil. Ona görə də diqqətli olmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Lukaşenkoya da dəvət göndərdi, müsbət cavab aldı
21:43 19.01.2026
Dünya
Suriya ordusu SDQ-nin yaratdığı dağıntıları görüntülədi - FOTO
21:37 19.01.2026
Dünya
Valentino Garavani vəfat edib
21:31 19.01.2026
Dünya
Ərdoğan: İnanırıq ki, İran çətinliklərin öhdəsindən gələcək
21:19 19.01.2026
Dünya
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya