
Qotur müalicəsində kremlə yanaşı ciddi gigiyena çox vacibdir
05:04 06.11.2024
Sağlamlıq
632
3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığı iddia olunur.
Bu uşaq evindən 8 uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub:"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".
Uşaqlar arasında bəzi dəri-zöhrəvi xəstəliklərin rastgəlmə tezliyinin artdığını "Sherg.az"a bildirən dermatoveneroloq Emil Əlizadə əsasən psoriaz, vitiligo, allergik dermatitlər, qoturluq, göbələk və bir sıra yoluxucu dəri xəstəliklərini sadalayıb. Onun sözlərinə görə, uşaqların dərisi böyüklərin dərisinə nisbətən daha həssas olduğu üçün beləliklə fərqli müalicə üsulları tələb edir.

Xəstəliklə bağlı tövsiyələrini bölüşən dermatoveneroloq deyib ki, qotur müalicəsində kremlə yanaşı ciddi gigiyena çox vacibdir:
“Qotur dərinin parazitar xəstəliyidir.Qaşınmalı qotur mikroskopik gənələr tərəfindən törədilir. Bu ümumi dəri probleminə bütün dünyada rast gəlinir və bütün canlılara aiddir. Çox vaxt qoturluq xəstəliyini neyrodermit, ekzema, kontakt dermatit, psoriaz xəstəlikləri ilə səhv salırlar. Qoturluğa yoluxma xəstə ilə birbaşa təmasda olduqda və ya yoluxmuş xəstənin paltar və yatağından istifadə etdikdə baş verir. Qoturluq insanların çox toplandığı yerlərdə, insanların bir-birilə təmasda olduğu məkanlarda sürətlə yayılır. Qoturluğa səbəb olan gənələr asanlıqla ailə üzvlərinə keçə bilər”.
Həkimin sözlərinə görə, qoturluğa yoluxmuş insanda simptomlar 1-6 həftədən sonra başlaya bilər. İlk simptomlardan biri qaşınmadır:
“Qaşınma əsasən axşam saatlarında intensivləşir və ilkin mərhələdə dəridə qoturluq yolları gözə çarpmağa başlayır və 4-6 həftə ərzində bədənin bütün nahiyələrinə yayılır. Qoturluq yolu tünd qara rəngdə olur və uzunluğu 0,5-1 sm-ə qədər olur. Qoturluq yolunun səthində 2 qara nöqtə görünür – gənənin girdiyi və çıxdığı yer. Qoturluq ən çox əl barmaqlarının arasında, büküklərdə, dirsəkdə, bilək nahiyəsində, sarğıda olur. Qoturluq çox vaxt piodermiya xəstəliyi ilə fəsadlaşır, çünki qaşınma zamanı dırnaq sıyrıntıları dərinin tamlığını pozur və irin törədən mikrobların orqanizmə keçməsi üçün şərait yaranır.
Diaqnoz adətən həkimin səpgilərə baxmasından sonra qoyulur. Mikroskopik olaraq gənə və yumurtaları və konkrementlər tapılır. Əgər mikroskopik və biopsiyanın nəticəsi mənfidirsə, bu, diaqnozu tamamən inkar etmir. Adətən, yoluxmuş orqanizmdə 10 dənədən çox varsa, qızdırma da ola bilər. Bu da infeksiyanı üzə çıxarmağı asanlaşdırır. Qoturluq xəstəliyinin müalicəsi var. Nə qədər tez aşkar olunarsa, o qədər də tez müalicə effektini almaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm