Restoranda kütləvi ZƏHƏRLƏNMƏ! – “Sahibkarları pul maraqlandırır” - Mütəxəssisləri yoxdur!
Restoranda kütləvi ZƏHƏRLƏNMƏ! – “Sahibkarları pul maraqlandırır” - Mütəxəssisləri yoxdur!
Yusif Nəzərli
15:14 02.03.2023
Sağlamlıq
952
“Restoranlar qida mütəxəssisləri ilə işləməlidirlər. Yəni qida koordinatoru olmalıdır”
“Azərbaycanda tək-tük müəssisə var ki, savadlı qida texnoloqları ilə işləyir”
“Şeflərin, baş aşpazların bəlkə də, heç peşə təhsili yoxdur”
"Mal, toyuq, balıq əti riskli məhsullar sırasına daxildir. Sadalanan məhsullardan hazırlanmış yeməklər toy başlamazdan əvvəl süfrəyə düzülür".
Bunu "Sherg.az"a qida mütəxəssisi Ağa Salamov Beyləqanda yerləşən şadlıq evindəki kütləvi zəhərlənmədən danışarkən deyib. O diqqətə çatdırıb ki, vaxtından öncə yeməklərin süfrədə olması mikrobioloji çirklənməyə gətirib, çıxarır:
"Sözügedən zəhərlənmə hadisəsi çox güman ki, toyuq və ya turşulardan baş verib. Qida zəhərlənməsindən söhbət gedirsə, 90/100 faiz toyuğun üzərində durmaq olar. Çünki adıçəkilən məhsul zəhərlənmələri daha risklidir və geniş yayılıb. Toyuğun saxlanma, bişirilmə, təqdimat texnologiyası kobud şəkildə pozulur. Təəssüf ki, sahibkarların çoxusu məhsulun saxlanma şəraitindən, emal prosesindən, bir sözlə, qidanın süfrəyə qədər qət etdiyi yoldan məlumatsızdırlar. Həmçinin mayonezli qidaları zəhərlənmə səbəbinə misal çəkmək olar.
Salatları otaq temperaturunda hazırlayırlar, saatlarla qalır. Süfrəyə verilir, yenə saatlarla qalır. Məclis iştirakçıları da restorana daxil olan kimi yeməyə başlamırlar. Bir az yeyib, rəqs etməyə qalxırlar. Yenidən əyləşib, süfrədə qalan yeməkləri yeyirlər. Nəzərə almaq lazımdır ki, mayonez riskli qidalardandır".
Qida mütəxəssisi diqqətə çatdırıb ki, restoran sahiblərini ancaq pul maraqlandırır:
"Onların sahə üzrə bilikləri də yoxdur. Belə olan halda, qida mütəxəssisləri ilə işləməlidirlər. Yəni qida koordinatoru olmalıdır. Müəssisədə ayda 4-5 dəfə, yaxud da həftədə 3 dəfə nəzarəti gücləndirməlidirlər. Təlimlər təşkil olunmalıdır. Soyuducuların dərəcələrinə baxmalıdırlar. Azərbaycanda tək-tük müəssisə var ki, savadlı qida texnoloqları ilə işləyir.
Ölkədə güclü mütəxəssislərin sayı çox azdır. Bir-iki şirkət mövcuddur ki, bizi dəvət edirlər, nəzarəti gücləndiririk. Çünki əks təqdirdə, süfrəyə qədər qidanın qət etdiyi yolda qida zəncirinin qırılması zəhərlənməyə birbaşa səbəbdir. Məsələn, kabab ətləri otaqda saatlarla asılı vəziyyətdə qalır.
Doğranır, şişə çəkilir, yenə də otaq temperaturunda saxlanılır. Artıq bişdikdə mikrobioloji çirklənmiş, ağırlaşmış ət hesab edilir. Süfrəyə çatanda zəhərlənməyə gətirib, çıxarır. Müəssisədə təlimverici bir insan olmadığına görə kritik nöqtələrin analizini gücləndirə bilmirlər. Şeflərin, baş aşpazların bəlkə də, heç peşə təhsili yoxdur. Soruşsan, əl qabiliyyəti əladır, gözəl yeməklər bişirir. Amma bişirmə, soyutma, isitmə texnologiyasından xəbərsizdir. Əlavə olaraq, şefə də mühəndis nəzarət etməlidir. Eyni zamanda botulizm zəhərlənməsi də baş verə bilər. Tərəvəzlər torpaqdan çıxarılıb, yaxşı yuyulmadıqda, təmizlənmədikdə və turşuları qoyulduqda zəhərlənməyə yol açır. Çünki torpaqda botulizm bakteriyası var".
Qeyd edək ki, Beyləqanda yerləşən şadlıq evində kütləvi zəhərlənmə olub. Hadisə fevralın 28-də b aş verib. Toyda iştirak edən 21 nəfər martın 1-i səhər saatlarında xəstəxanaya müraciət edib. Onların mərasimdə təqdim edilən paytaxt salatından zəhərləndikləri məlum olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya