Həkim insanlara yağlı, duzlu, qızardılmış qidalardan imtina etməyi tövsiyə edib
Sağlam qidalanma - Həkim tövsiyə verir
11:40 29.07.2023
Sağlamlıq
1754
Sağlam qidalanma ürək-damar xəstəliyi riskini azaldır
Həkim insanlara yağlı, duzlu, qızardılmış qidalardan imtina etməyi tövsiyə edib
Həkim insanlara yağlı, duzlu, qızardılmış qidalardan imtina etməyi tövsiyə edib
“Ürək sağlamlığı həm də düzgün qidalanmadan asılıdır. Nizamlı olaraq sağlam qidalanma ürək-damar xəstəliyi riskini azaldır. Ürəyin sağlamlığını qorumaq üçün bunlara dəqqət edin”.
Bu sözləri "Sherg.az"a ürək-damar cərrahı Ramil Əliyev deyib.
Həkim insanlara yağlı, duzlu, qızardılmış qidalardan imtina etməyi tövsiyə edib: “Daha çox balıq yeyin. Balıq ürəyin sağlamlığına çox müsbət təsir edir, fəaliyyətini yaxşılaşdırır. Məhz bu səbəbdən mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəlikləri daha az yayılıb”.
Onun sözlərinə görə, qidalanmada duzun həcmini minimuma çatdırmaq lazımdır: “Duz damarların sağlamlığına mənfi təsir edir. Qidalanmaya kaliumla zəngin olan qidaları daxil etmək lazımdır. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Kaliumla zəngin olan qidalar: üzüm, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s. Tövsiyə edirəm ki, insanlarımız un məmulatlarının və şirin qidaların qəbulunu mümkün qədər azaltsın. Marqarin, spred və s. kimi "yağları", fast-fud, dükanlarda satılan müxtəlif peçenye, vafli, hazır tortlar və s. kimi məhsulları da qidalanmadan çıxarsınlar.
Siqaret və spirtli içkilərdən imtina edilməlidir. Hər iki pis vərdiş ürək-damar sistemi xəstəlikləri olan insanların həyatını qısaldır. Orqanizmin və o cümlədən ürəyin güclü intoksikasiyasına (zəhərlənmə) səbəb olur. Gündə 2 dəfə açıq havada gəzmək və səhhətiniz yol verirsə, yüngül bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır . Daha çox meyvə-tərəvəz yeməyə çalışın. Gündə ən azı 5 porsiya meyvə-tərəvəz yeməyə çalışın. Təmiz taxıl məhsulları qəbul edin. Yeməkləri otlar və ədviyyatlarla qəbul edin. Onlar yeməyin ləzzətini artırır, həm də duz ehtiyacını ödəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə