Stress keçirən hamilə qadınlar diqqətli olmalıdır
Stress keçirən hamilə qadınlar diqqətli olmalıdır
Yusif Nəzərli
17:17 28.07.2023
Sağlamlıq
589
Belə anaların uşaqlarında böyüdükdə şizofreniya kimi ağır psixi xəstəliklər ortaya çıxır
Hamiləlik dövründə stres anaya, körpəyə mənfi təsir edir və erkən doğuma səbəb ola bilər. Buna görə də hamilə qadının yaxın ətrafı bu müddət ərzində onlara mənəvi dəstək olmalıdır.
ABŞ-nin Kaliforniya Universitetinin alimləri hamiləlik dövründə ananın məruz qaldığı çətinliklərin uşaqda faydalı bağırsaq mikroblarının sayını azaltdığını müşahidə ediblər. Bağırsaq insanın ikinci beyni adlandıran həkimlər yekdilliklə bu fikirdədirlər ki, zərərli və faydalı bağırsaq mikrobları istər immun sisteminə, istərsə də beyin fəaliyyətinə təsir göstərərək insanın emosional vəziyyətini dəyişə bilir.
Alimlərin fikrincə, bu hal ona görə baş verir ki, körpənin bədəninə ilk bağırsaq mikrobu nümunəsi məhz ananın bədənindən keçir. Əgər ana stressə məruz qalırsa, bu zaman onun bədənində faydalı mikroblar zərərlilər ilə əvəzlənir və körpənin orqanizminə də bu mikroblar keçir.
Kaliforniya Universitetinin professoru həkim Bridget Kallaqan qeyd edir ki, bu hal ana üçün müvəqqəti xarakter daşısa da, körpədə uzun illər müşahidə olunur.
Ginekoloq cərrah Nuray Hacıyeva da “Sherg.az”a açıqlamasında deyib ki, hamiləlik dövründə ananın güclü stress keçirməsi bətndəki uşağa öz mənfi təsirini göstərir. Əgər ana stressi ilk hamiləliyin 3 ayında keçiribsə, uşaqda ya hər hansı bir anatomik orqan qüsuru olur, ya da döl tələf olur və hamiləlik başa çatır:
“17 həftədən yuxarı hamiləliklərdə stress anada bəzi stress hormonlarının sintezinə səbəb olur. Bu hormonlar dölün ciftindən rahatlıqla keçə bilir və dölün sinir sisteminə mənfi təsir edir. Bu uşaqlarda gələcəkdə hiperaktivlik, yaddaşsızlıq, diqqətsizlik, əsəbilik, depressiya kimi duyğusal problemlər olur. Hətta araşdırmalar göstərir ki, anası hamiləykən çox güclü stress keçirən uşaqlarda böyüdükdə şizofreniya kimi ağır psixi xəstəliklər belə sıx-sıx yaranır. Bundan başqa, bu uşaqlarda bətndə cift qan dövranı zəifləyir, nəticədə uşaq çəkisi az və zəif doğulur.
Hamiləliyin 30-cu həftəsindən sonra keçirilən stress isə çox vaxt vaxtından qabaq doğuşlarla nəticələnir. Buna görə hamilə qadın özünü stressdən qorumalıdır. Hamilə qadının yaxınları da bunu nəzərə alıb onu stressdən uzaq tutmalıdırlar. Əgər ciddi stress yaradan səbəb varsa, psixoloqdan məsləhət almaq faydalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya