
Tanınmış həkim: Meteohəssaslıq bu şəxslər arasında daha geniş yayılıb
10:43 02.06.2025
Sağlamlıq
324
İyunun 2-si səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, saat 9:00-dan 12:00-dək qasırğanın gücü 5, saat 12:00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı nisbətən Yerə təsirsiz ötüşür. Yüksək coğrafi enliklərdə saat 12:00-dək maqnit qasırğasının gücünün 10 ballıq şkala ilə 6-7, günün sonu üçün 3-4, iyunun 3-ü saat 03:00-12:00 aralığında 5-6 bal olacağı gözlənilir.
Orta coğrafi enliklərdə iyunun 2-də saat 15:00-dan sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq.
Yaranan qasırğalar Günəşdə baş vermiş alışmaların STEREO və LASCO koronoqrafları ilə çəkilmiş şəkillərinə görə müəyyən olunub. Mayın 31-də baş vermiş tac kütlə atılması Yer yaxınlığından keçərək maqnit qasırğası yaradıb.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı “Sherg.az”a bildirib ki, meteohəssaslıq, insan orqanizminin atmosfer şəraitindəki dəyişikliklərə, xüsusilə də temperatur, rütubət, hava təzyiqi və elektromaqnit sahələrindəki dalğalanmalara qarşı verdiyi fizioloji və psixoloji reaksiyalarla xarakterizə olunur:

“Bu daha çox sinir sistemi həssas olan şəxslərdə müşahidə edilir və müxtəlif klinik əlamətlərlə özünü göstərə bilər. Belə insanlar məcazi mənada “təbiətin bioloji barometrləri” adlandırılır, çünki onlar meteoroloji dəyişiklikləri sağlamlıq durumlarında hiss edilə bilən dəyişiklikləri əvvəlcədən hiss edirlər. Geomaqnit qasırğaları zamanı meteohəssas fərdlərdə arterial təzyiqin yüksəlməsi, taxikardiya, baş ağrısı, başgicəllənmə, yuxusuzluq, əsəbilik və oynaq-əzələ sistemində ağrılar müşahidə oluna bilər. Araşdırmalar göstərir ki, meteohəssaslıq yaşlı insanlar, xroniki xəstəliyi olanlar və hamilə qadınlar arasında daha geniş yayılıb. Belə şəxslərə geomaqnit aktivliyinin yüksək olduğu dövrlərdə açıq havada uzun müddət qalmamaq, fiziki yüklənməni azaltmaq və stresdən uzaq durmaq tövsiyə edilir. Ehtiyac olduqda həkim məsləhəti ilə profilaktik və ya simptomatik müalicə vasitələrindən istifadə oluna bilər. Həmçinin bu dövrlərdə bədənin su balansını qorumaq, düzgün qidalanmaq və yuxu rejimini tənzimləmək də vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm