Tibdə bir ilk: Gözköçürmə əməliyyatı
08:36 16.11.2023
Sağlamlıq
762
Tibb tarixində ilk dəfə bir insana tam göz transplantasiyası gerçəkləşib. “Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, əməliyyat ABŞ-nin Nyu-York Universitetinin cərrahları tərəfindən aparılıb. İşdə keçirdiyi qəza nəticəsində sol gözünü itirən 46 yaşlı Aoron Ceyms həkimlərin uğurlu əməliyyatından sonra yenidən görməyə başlayıb. Aoron Ceyms iş yerində 7 min 200 voltluq elektrik cərəyanının vurması nəticəsində görmə qabiliyyətini itirib, üz sinirləri də zədələnib. Sözügedən gözköçürmə əməliyyatı bu ilin may ayında baş tutub. Lakin həkimlər bir müddət gözləməyi, əməliyyatın hər hansı fəsadlarının olmayacağından əmin olduqdan sonra məlumatı açıqlamağı qərara alıblar. Artıq əməliyyatdan 6 ay keçir və Aoron normal görmə qabiliyyətinə malikdir. Gözköçürmə əməliyyatı 21 saat çəkib və əməliyyatda 140-dan çox tibb işçisi iştirak edib. Əməliyyatın gedişində gözün köçürülməsiylə yanaşı gözün sinir yenilənməsini gücləndirmək üçün ilk dəfə bir donorun iliyindən alınmış yetişmiş kök hüceyrə də transplantasiya edilib. Aoronun üzünün sol tərəfinə də yeni üz dərisi köçürülüb. Bununla da Aoron Ceyms tibb tarixində ilk dəfə göz transplantasiyası gerçəkləşmiş şəxs olaraq tarixə düşüb. Əməliyyatı gerçəkləşdirənlərdən biri, üz nəqli proqramlarının icraçısı həkim-cərrah Eduardo D. Rodrigez Ceymsin görmə qabiliyyətini bütünlüklə yenidən əldə etməsi ehtimalının az olmasına rəğmən əməliyyatın tibb tarixində iz qoyduğunu söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya