Ürəyi dəyişdirildi, göbələk xəstəliyinə yenildi: Eyni gündə daha 4 nəfər də yoluxdu
10:56 21.11.2023
Sağlamlıq
622
Anadangəlmə ürək çatşmazlığı olan 45 yaşlı Adam Retmock uzun illərdən sonra nəhayət, ürəkköçürmə əməliyyatı üçün Avstraliyanın ixtisaslaşmış Şahzadə Çarlz Xəstəxanasına yatırılıb.
Əməliyyat uğurla başa çatıb. Lakin A.Retmock qısa müddət sonra vəfat edib. Ürək qüsuruna görə yox, tamamilə başqa, gözlənilməz xəstəliyə yoluxduğuna görə. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, A.Retmockun nədən vəfat etdiyini müəyyənləşdirmək məqsədilə müayinələr, analizlər aparılıb. Məlum olub ki, o, göbələk xəstəliyindən vəfat edib.
Bu azmış kimi, xəstəxanada həmin gün daha 4 orqan transplantasiyası əməliyyatı keçirilib. Və dəhşətli olan budur ki, eyni gündə əməliyyat masasına uzadılan şəxslərin hamısı – Adam Retmockla yanaşı,həmin 4 nəfər də göbələk virusuna yoluxub. Bu, necə baş vermişdi? A.Retmock əməliyyatdan çıxdıqdan cəmi bir neçə gün sonra həkimlər onun orqanizmində gözlənilməz proses getdiyini fərq ediblər. Aparılan analizlərin nəticəsi A.Retmockun orqanizmində göbələk infeksiyasının əmələ gəldiyini göstərib. Həkimlər həm Adama, həm də həyat yoldaşı Kelliyə narahatlığa əsas olmadığını, vəziyyətin nəzarət altında olduğunu söyləyiblər. A. Retmockka göbələk əleyhinə dərmanlar verilib, antibiotik iynəsi vurulub. Hətta A.Retmock yenidən əməliyyat masasına yatırılıb və cərrahlar döş qəfəsi sümüyünü qıraraq göbələk hüceyrəsini oradan kənar ediblər. A.Retmock əməliiyatdan sonra özünü yaxşı hiss edib, sağalacağına ümidləri artıb. Lakin xəstəxanada onunla eyni gündə əməliyyat olunan daha 4 nəfərin də göbələk infeksiyasına yaxalandığını və xəstələrdən birinin vəfat etdiyini öyrəndikdə, onda böyük ümidsizlik baş qaldırıb və o, bu neqativ hissə yenilib. Bu hadisədən 2 həftə sonra A.Retmock da vəfat edib. Ailəsi xəstəxanaya qarşı iddia qaldırıb. Amma nə xəstəxana rəhbərliyi, nə də həkimlər məsulliyyətə cəlb edilib. A.Retmockkun həyat yoldaşı Kelly Richards belə bir açıqlama verib: “Adam bu xəbəri mediadan eşitdi. Amma bizə xəbəri xəstəxana rəhbərliyi bildirməliydi. Onlar məlumatı gizlətdilər, bizə vəziyyətin nə dərəcədə ağır ola biləcəyini demədilər. Adam cəsur insan idi, ömrü boyunca çox əziyyətlərə qatlanmışdı. Lakin bu xəbərlərdən çox sarsıldı. Toparlana bilmədi”, söyləyib. Bu da məlum olub ki, xəstəxanada göbələk infeksiyasına yoluxmuş xəstələr varmış. Bu şəraitdə ürəkköçürmə əməliyyatı aparmaq təhlükəlidir, zəifləmiş orqanizm virus və infeksiyalara qarşı həssas olur. Həkimlər bunu nəzərə almalıydı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm
Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
14:57 18.08.2026
Sosial
4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir
14:25 18.08.2026
Sosial