Həsrət Rüstəmov: “Ölkəmiz ərazilərimizin işğaldan azad edilməsi üçün müttəfiqlər axtarmalı və döyüş əməliyyatlarına hazır olmalıdır”
“Ermənistan danışıqlarda heç zaman müstəqil və ardıcıl olmayıb”.
Bunu “Sherg.az”a açıqlamasında ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov deyib.
Partiya nümayəndəsi bildirib ki, Ermənistanı idarə edənlər təkcə rəsmi hakimiyyət təmsilçiləri deyil:
“Erməni rəhbərliyinin əsasən xaricdə yaşayan erməni lobbisinin, Daşnaksütyun Partiyasının və Moskvanın ciddi təzyiqi altında hərəkət etməsi heç kimə sirr deyil. Digər tərəfdən hakimiyyət dəyişiklikləri dövlətin adından qəbul edilən qərarlara təsir etməməlidir. Amma Ermənistanda hər hakimiyyət dəyişikliyi danışıqlar prosesini sıfırdan başlamağa vadar edir. Paşinyan hakimiyyətə gələndən sonra isə danışıqlar prosesi Ermənistanın ucbatından ümumiyyətlə ciddiyyətini itirib”.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan baş naziri gah yeni format təklif edir, gah da danışıqların davam etdirilməsi ilə uyğun gəlməyən digər variantlar irəli sürür:
“Beləliklə də bu ölkənin işğalçılıq siyasətindən əl çəkməyəcəyini hər vəchlə nümayiş etdirir. Ona görə də hazırkı dövrdə danışıqlar prosesinin hər hansı müsbət irəliləyişə gətirib çıxarmayacağı tamamilə aydındır. Məncə, Azərbaycan danışıqları davam etdirmək əzmini göstərməklə yanaşı, bu danışıqların nəticələrinə heç cür bel bağlamamalıdır. Ölkəmiz ərazilərimizin işğaldan azad edilməsi üçün müttəfiqlər axtarmalı və döyüş əməliyyatlarına hazır olmalıdır”.
“Paşinyan gələndən sonra danışıqlar prosesi ciddiyyətini itirdi” – Nə etməli ?
16:45 03.07.2019
Siyasət
1034

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abşeronda 52 yaşlı kişi qətlə yetirildi
08:08 14.04.2025
Hadisə
Suriyanın şimalı türkmana tapşırıldı: PKK-ya zərbə...
00:04 14.04.2025
Dünya
Somali "Starlink"ə rəsmi olaraq icazə verdi
22:47 13.04.2025
Dünya
"Neftçi" öz meydanında "Zirə"yə məğlub olub
22:25 13.04.2025
İdman
İstanbulda bina çökdü
22:00 13.04.2025
Dünya
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
21:39 13.04.2025
İdman
Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
21:20 13.04.2025
Siyasət
Ağsuda 27 yaşlı qadın dərmandan zəhərlənib
20:36 13.04.2025
Dünya
Tramp ciddidir, İrana hücum edilə bilər - Heqset
20:14 13.04.2025
Dünya
Tənha dəvəquşu: Stresə düşüb, erkək tay axtarılır
19:24 13.04.2025
Maraqlı
Bakı və İrəvan bizə arxalana bilər - Tiflis
19:07 13.04.2025
Cənubi Qafqaz
Bu tarixdə külək güclənəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
18:49 13.04.2025
Ekologiya
Qeyri-adi uşaq: Əvvəl gözləri xilas edildi, indi isə...
18:30 13.04.2025
Dünya
İran-ABŞ görüşü Omanda olmayacaq? – Bəqai açıqladı
18:09 13.04.2025
Dünya
Qəbələdə 53 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
17:46 13.04.2025
Hadisə
Şəmkirdə istixana yanıb
17:23 13.04.2025
Hadisə
Qulu Məhərrəmli: Kadr çatışmazlığı ilə üzləşməyəcəyik
17:08 13.04.2025
Media
Bayramovdan Şimali Kiprlə bağlı vacib açıqlama
16:49 13.04.2025
Siyasət
CNN Türk: Ukrayna və Rusiya nümayəndələri Türkiyədə görüşəcək
16:09 13.04.2025
Dünya
Ağdamda azyaşlını it dişləyib
15:55 13.04.2025
Hadisə
Yeni dünya nizamına doğru -ŞƏRH
15:41 13.04.2025
Siyasət
Sabah bəzi rayonlarda görünüş məsafəsi məhdudlaşacaq
15:20 13.04.2025
Ekologiya