“Moskvanın məqsədi Gürcüstanı gəlirlərdən məhrum etməkdir” - ŞƏRH
17:12 08.07.2019
Siyasət
784
“Aksiyaların planlaşdırılması xalqlar arasında problemin olduğunu göstərir. Amma məsələ ondadır ki, belə aksiyalar heç bir problemi ortadan qaldırmır”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ekspert bildirib ki, Rusiya rəhbərliyinin verdiyi qərarın arxasında konkret inzibati rerurslar dayanır:
“Əlbəttə, rus turistlər istədikləri zaman Gürcüstana gələ bilərlər. Ancaq bu dəfə onlar başqa marşrutlardan istifadə etmək məcburiyyətində qalacaqlar. Məsələn, Rusiya vətəndaşları Türkiyə və Azərbaycan vasitəsi ilə asanlıqla Gürcüstana keçə bilərlər. Gürcü hökuməti rus turistlərlə bağlı hansısa şərt qoymayıb. Məlumdur ki, Türkiyəyə kifayət qədər rus turist gedir. Trabzona və Samsuna gedən turistlər asanlıqla Gürcüstana keçə və orada da dincələ bilərlər. Yəni, tur operatorları Rusiyaya yeni marşrutlar təklif edə bilər ki, bununla da turistlər iki ölkəyə səfər şansı qazanarlar”.
Siyasi şərhçinin sözlərinə görə, bu məsələdə marketinq iqtisadiyyatı da böyük rol oynayır: “Şübhə etmirəm ki, bir çox turist şirkətləri Rusiya ilə Gürcüstan arasında yaranmış gərginlikdən yararlanmağa çalışacaqlar. Lakin reallıq odur ki, turist axını azalacaq. Çünki hansısa ölkəyə birbaşa gedişlə, bir neçə ölkənin ərazisindən keçərək getmək arasında fərq var. Əksər turist adətən ənənəvi marşrturlara daha çox üstünlük verir”. Analitik məsələnin siyasi tərəfinə də münasibət bildirib: “Moskvanın əsas məqsədi Gürcüstanı gəlirlərdən məhrum etməkdir. Tədricən Gürcüstanda istirahət edənləri Krıma və Soçiyə, Rusiyanın Qara dəniz kurortlarına yönəltməyə çalışacaqlar. Artıq ölkə vətəndaşlarına güzəştli qiymətlərlə turlar təklif olunur. Rusiya sanksiyalarla üzləşdiyinə görə maddi vəziyyəti yaxşı deyil. Ona görə də valyutanı ölkə daxilində saxlamağa cəhd göstərir”.
Qeyd edək ki, sabah Gürcüstanda yaşayan ruslar və bu ölkədə səfərdə olan Rusiya vətəndaşları Tbilisidə aksiya keçirəcəklər. Aksiya barədə təşkilatçılar məlumat yayıblar. Gürcüstan parlamentinin binası qarşısında keçiriləcək aksiyada “Mən Qavrilov deyiləm!”, “Rusiyalılar vahid Gürcüstan naminə” şüarları səsləndiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniya bıçaq satışına nəzarəti gücləndirir
05:21 27.01.2025
Dünya
Bolqarıstanda yeni hökumət etimadsızlıq səsverməsi ilə üzləşib
04:33 27.01.2025
Dünya
Bu ölkə ABŞ təyyarəsini qəbul etmədi - Tramp cəzalandırdı
03:25 27.01.2025
Gündəm
112 yaşına qədər yaşayan kişinin sirri
03:17 27.01.2025
Sağlamlıq
Tramp İranla müharibə istəmədiyinə işarə etdi - ŞƏRH
02:24 27.01.2025
Siyasət
Saçları gücləndirir, dərini gözəlləşdirir
02:03 27.01.2025
Sağlamlıq
Kir Starmer ilə Donald Tramp arasında telefon danışığı olub
01:40 27.01.2025
Siyasət
Samuxda ağır qəza, 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb
01:00 27.01.2025
Hadisə
ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəlib
00:39 27.01.2025
Dünya
Mingəçevirdə ər-arvad dəm qazından ZƏHƏRLƏNDİ
23:34 26.01.2025
Hadisə
Xaçmazda 22 yaşlı gənc bıçaqlanıb
23:13 26.01.2025
Hadisə
Hindistan və İran vətəndaşları Ermənistanda casusluq edir
22:47 26.01.2025
Region
MİT başqanı Suriyada Colani ilə görüşdü
22:06 26.01.2025
Dünya
“Exit-poll”: Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib
21:43 26.01.2025
Dünya
İmişlidə yanğın: Yüzdən çox ev quşu tələf oldu
20:57 26.01.2025
Hadisə
Qərb də razılaşıb, rus ordusu çıxmayacaq - Lukaşenko
20:32 26.01.2025
Dünya
Hakan Fidan İraq prezidenti və baş naziri ilə görüşdü
19:45 26.01.2025
Dünya
Xəzərdəki zəlzələlərlə bağlı mühüm açıqlama...
19:28 26.01.2025
Ekologiya
Məşhur USAİD Ukraynaya yardımı dayandırdı
18:22 26.01.2025
Dünya
Xəzər dənizində zəlzələ olub
18:01 26.01.2025
Hadisə