ABŞ İrana görə Rusiya və Azərbaycana xəbərdarlıq etdi

ABŞ İrana qarşı üçüncü ölkələrə də sanksiya tətbiqini istisna etmir.

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk keçirdiyi brifinqdə deyib.

O, İranla əlaqələri olan Rusiya və Azərbaycanın sanksiyalardan necə qaça biləcəyi sualını isə belə cavablandırıb:

“Biz sanksiya altına düşən hər hansı fəaliyyətə qarşı da sanksiya tətbiq edirik. Bu, bizim siyasətimizdir və bütün hallarda tətbiq olunur. Burada istisnalar yoxdur”.