Daha 4 partiya seçkiyə gedir

Mərkəzi Seçki Komissiyasının iclasında bəzi siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair məsələyə baxılıb.

Bununla bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Beləliklə, iclasda Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının və Vəhdət Partiyasının (təkrar) səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair məsələyə baxılıb.

Bununla da seçkiyə qatılmasını rəsmiləşdirən siyasi partiyaların sayı 15-ə çatıb.

Qeyd edək ki, indiyə kimi 11 siyasi partiyanın rəsmi olaraq seçkiyə qatılması açıqlanmışdı.