Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçıları müzakirələr aparacaqlar


Bu ilin 23 dekabr tarixində Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək.



Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı Xarici İşlər nazirləri üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə müzakirələr aparacaqlar.

Görüş çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.