Bu gün bələdiyyə seçkiləridir: Məntəqələr açıldı, səsvermə başladı

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Sherg.az-ın xəbərinə görə, artıq ölkə üzrə müəyyən edilmiş seçki məntəqələri açılıb, səsvermə başlayıb.

Qanunvericiliyə uyğun olaraq səhər saat 08:00-da açılan seçki məntəqələri saat 19:00-da bağlanacaq. Bu müddət ərzində vətəndaşlar səsvermədə iştirak edəcəklər. 

Qeyd edək ki, ölkədə 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edir. 41 800-dək namizəd qeydiyyata alınıb.