Pənahov: "Bu fakt ciddi olaraq nəzarətdə saxlanılmalıdır"

"Hazırda 1,5 milyon vətəndaşa yeni nəsil şəxsiyyət vəsiqləri paylanılıb. Onların 1 milyondan artığı səsvermə hüququ olanlardır. Həmin şəxsiyyət vəsiqələrində ünvan və vəsiqənin verilmə tarixi göstərilmir. Bu məlumatları oxumaq üçün bütün məntəqələr çip oxuyan qurğularla təchiz olunub".

Bbunu keçirdiyi mətbuat konfransında MSK sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, MSK və DSK-lar seçki məntəqlərində baş verən prosesləri arası kəsilmədən izləməlidir:

“Bütün məntəqələr lzımi səviyyədə hazırlıqlı vəziyyətə gətirilib. Kənar şəxslərin məntəqələrdə olmaq hüququ yoxdur. Yalnız komissiya üzvləri, müşahidəçilər və KİV nümayəndləri məntəqlərdə ola bilərlər. Məntəqə seçki komissiyalarının rəhbərləri bu məsələdə cavabdehdirlər. Bu fakt çox ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Hesab edirəm ki, müşahidəçilərin və KİV-ərin öz fəaliyyətini həyata keçirməsi üçün tam şərait yaradılıb. Orada oturmaq üçün kürsülər elə yerdə qoyulub ki, oradan bütün prosesi izləmək mümkündür”.

Gün ərzində bütün bölgələrlə əlaqə saxlanılacağını qeyd edən M.Pənahov MSK-nın ortaya çıxan çətinlikləri hər zaman operativ şəkildə həll etdiyini bildirib:

“Bu gün isə təxirə salınmadan həll ediləcək”.