Çavuşoğlu: "Türkiyə, Azərbaycan və Gürcüstan Pekinlə Londonu birləşdirdi"

Biz Gürcüstan və Azərbaycanla birlikdə regionunun sabitliyinə töhfə veririk.

Oxu.Az-ın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tbilisidə deyib.

O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın həyata keçirdiyi layihələr Pekinlə Londonu birləşdirib.

“Perspektivdə buna bənzər olan layihələri həyata keçirməyə davam edəcəyik. Regionun sülh və sabitliyinə birlikdə töhfə verməyə çalışırıq. Bakı-Tbilisi-Qars dəmiryolu ilə  həm ticarətə, həm də nəqliyyata töhfə veririk”, - deyə M.Çavuşoğlu əlavə edib.

Qeyd edək ki, Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirləri (Elmar Məmmədyarov, David Zalkaliani və Mövlud Çavuşoğlu) arasında üçtərəfli formatda səkkizinci görüş başlayıb.