Məntəqələr bağlandı: Bələdiyyə seçkilərində səsvermə başa çatıb

Azərbaycanda bələdiyyə seçkilərində səsvermə mərhələsi başlayıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin açıq elan edilməsi ilə bağlı bu saatlarda keçirdiyi mətbuat konfransında deyib.

Hazırda məntəqələrdə səslərin sayılması prosesinə başlanılır. Yaxın saatlarda ilkin nəticələrin açıqlanacağı gözlənilir.

O bildirib ki, saat 08:00-da bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində başlayıb. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 106 üzvlüyünə 41 462 namizəd iştirak edir.

Bələdiyyə seçkilərində yerli müşahidəçilərin sayı 52 636 nəfərdir. Müşahidəçilərdən 1512 nəfəri Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçib. Eyni zamanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyata alınıb.