Pənah Hüseyn Rauf Arifoğlunu və İqbal Ağazadəni bir araya gətirdi 


AXP sədri Pənah Hüseyn Rauf Arifoğlunu və İqbal Ağazadəni bir araya gətirib. Bu barədə Pənah Hüseyn özünün Facebookdakı hesabında məlumat yayıb.
Musavat.com bu məlumatı təqdim edir:
"Bu gün təşəbbüsümlə 35-ci dairədən namizədliklərini irəli sürmüş Rauf Arifoğlu və İqbal Ağazadə ilə bir araya gəldik. Sosial şəbəkələrdə, mediada baş verən qarşılıqlı ittiham, etik normaları pozan şərh və statusları, o cümlədən gələcək fəaliyyətdə münasibətləri müzakirə etdik. Nəticədə qərara alındı ki, tərəfdarlardan xahiş və tələb edilsin ki, sosial şəbəkə və mediada, təbliğat kampaniyasında ləyaqəti alçaldan, etik normaları pozan, qara piar xarakterli hər hansı status, yazı, şərh, çıxışlara yol verməsinlər. 35-ci dairədə seçki mübarizəsi yalnız sivil metodlardan istifadə edilməklə aparılacaqdır".